"Rusiyanın Qarabağda hərbi kontingent saxlamağa marağı yoxdur"

16:25 01-11-2023 | icon 451 | Siyasət
"Rusiyanın Qarabağda hərbi kontingent saxlamağa marağı yoxdur"

Rauf Qurbanov: "Anti-terror əməliyyatından sonra əksər nəzarət-buraxılış məntəqələrini bağlayıblar"

 

Siyasi icmalçı Rauf Qurbanov hesab edir ki, Xankəndi və Qarabağın digər ərazilərində dislakasiya olunmuş Rusiya sülhməramlı qüvvələri 10 noyabr 2020-ci ildə üç dövlət başçıları arasında bağlanmış sazişin şərtlərinə uyğun olaraq Azərbaycan ərazilərini 2025-ci ilin müvafiq ayında tərk edəcəklər.

 

Ekspert hesab edir ki, Rusiya Federasiyasının Qarabağ ərazisində hərbi baza və ya hərbi kontingent saxlamağa marağı yoxdur və ümumiyyətlə buna ehtiyacda duyulmur.


"Azərbaycan Respublikası (AR)Bloklara qoşulmayan dövlərlərin sırasındadır və bu səbəbdən də Azərbaycan ərazisində hər hansı bir dövlətin hərbi bazanın movcudluğu AR təməl prinsiplərinə ziddir. Azərbaycan Sillahlı Qüvvələrinin oktyabrın 19-da Xankəndi və onun ətrafında 24 saata yaxın bir müddətdə keçirdiyi anti-terror əməliyyatından sonra Rusiya sülhməramlıları Qarabağ ərazisində əksər nəzarət-buraxılış məntəqələrini bağlayıblar. Bu da bir daha yuxarıda söylədiyim fikirə əsas verir ki, Rusiya sülhməramlıları Azərbaycan ərazisini yaxın gələcəkdə tamamilə tərk edəcəklər".

 

SEVDA
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

Polisdən Abşeronda ƏMƏLİYYAT

“Google”dən rəsmi proqramlarla bağlı YENİLİK

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?

Beyləqanda dörd narkotacir ələ keçdi

Sahibkarların NƏZƏRİNƏ

Estoniya parlamentində QALMAQAL

Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar

Yeni ixtisaslarla bağlı MEYARLAR

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Ukraynada vəziyyət...