Paşinyanın Makronun qucağında unutduğu İKİ BƏND

10:43 02-11-2023 | icon 454 | Siyasət
Paşinyanın Makronun qucağında unutduğu İKİ BƏND

Fuad Əliyev: "“Qarabağ Ermənistandır” deyən Paşinyan, indi tam tərsini xalqına həzm etdirir"

 

"“Unudulan” iki bənd mahiyyətcə ərazi bütövlüyünün qarşılıqlı tanınmasından sonra öz həllini tapmış ola bilər. Amma işimizi möhkəm tutmaq üçün həmin müddəaları sülh mətninə salmaq vacibdir".

 

Versus.Az xəbər verir ki, bunu siyasi ekspert Fuad Əliyev Paşinyanın 2024-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı söylədiyi "Azərbaycanla sülhün bərqərar olmasına və münasibətlərin nizamlanmasına töhfə verə biləcək üç əsas prinsip razılaşdırılıb” fikrinə münasibət bildirərkən deyib.

 

Qeyd edək ki, Paşinyan üç əsas prinsipdən söz etsə də, digər bəndlərdən söz etməyib.

 

Fuad Əliyevin fikrincə, əslində İrəvan erməni cəmiyyətini mərhələli şəkildə sülhə hazırlayır:

 

"Paşinyan çıxışında 86,600 kv. km. deyəndə erməni xalqını tərpətmir. Deməli, erməni ictimaiyyəti bütün Qarabağın Azərbaycana aid olması, "Dağlıq Qarabağ"ın keçmişdə qalması ilə barışıb. Həmin Paşinyandır ki, “Qarabağ Ermənistandır” demişdi, indi isə tam tərsini xalqına həzm etdirir. O cəhətdən sülh müqaviləsinin də gec-tez imzalanacağına inanıram. Çünki Paşinyan sülh olmadan nəqliyyat kommunikasiyalarının blokadadan çıxmayacağını dərk edir. Türkiyə və Azərbaycanla yolların açılmasından danışmaqla ictimai rəyi buna hazırlayır".

 

Ekspert həmin iki mühüm bəndi sülh mətninə salmağın çətin olmayacağını düşünür:

 

“Əsas məsələ sülh mətnini razılaşdırmaq üçün danışıqların aparılmasıdır. Rusiya lideri Bişkekdə tərəfləri Moskvaya dəvət etdi. Dedi ki, delimitasiya texniki işdir, 5 metr o yana, 10 metr bu yana... Yəni Putin demək istədi ki, əsas sülh sazişini bağlamaqdır, qalan işlər düzələcək. Bunun üçün Makron Paşinyanın yaxasından düşməlidir, Fransadan Ermənistana xeyir gəlməyəcək. Gəlib Moskvada danışıqlar aparıb tarixi sülh sənədinə imza ata bilərlər”.

 

AYSEL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

Kəlbəcərdə ağır QƏZA

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər”

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

Polisdən Abşeronda ƏMƏLİYYAT

“Google”dən rəsmi proqramlarla bağlı YENİLİK

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?

Beyləqanda dörd narkotacir ələ keçdi

Sahibkarların NƏZƏRİNƏ