Hacıqabul polisindən ƏMƏLİYYAT

10:25 07-11-2023 | icon 503 | Hadisə
Hacıqabul polisindən ƏMƏLİYYAT

Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin avqust ayı ərzində rayonun Muğan qəsəbəsi ərazisində yerləşən iki fermadan oğurluq etməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğuna görə məhkum olunmuş Xalid Cavadov saxlanılıb.

 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, dindirilmə zamanı həmin şəxs törətdiyi əməli etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxs iki fermadan dəmir qapılar, su çəni, dəmir borular, elektrik naqilləri və digər avadanlıqlar oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 16 000 manatdan artıq maddi ziyan vurub.

 

Bundan əlavə, polis əməkdaşları tərəfindən X.Cavadovun ətrafında aparılan əməliyyat-istintaq hərəkətləri zamanı onun daha iki cinayət əməlinin üstü də açılıb. Məlum olub ki, həmin şəxs həmyerliləri Azad Abbasov, Əfqan Salahov, Elməddin Novruzov, Hilal İsmayılov, Asim Əmrahov və Cavid Əliyevlə qabaqcadan əlbir olaraq cari ilin sentyabr ayı ərzində Muğan qəsəbəsi ərazisində yerləşən iki fermaya qanunsuz olaraq daxil olublar. Oradan dam örtükləri, dəmir soba, su çəni, dəmir boru və barmaqlıqlar, yük avtomobilinin təkərlərini və traktor qoşqusunun hissələrini oğurlayan dəstə üzvləri zərərçəkmişlərə ümumilikdə 12 000 manat maddi ziyan vurublar.

 

Gizli yolla taladıqları “qənimət”lərin bir qismini Kürdəmir rayonu ərazisində yerləşən əlvan metalların qəbulu məntəqəsinə satan adları qeyd edilən şəxslər əldə etdikləri pulları öz aralarında bölüblər. Maddi sübutların bir qismi isə polis əməkdaşları tərəfindən götürülüb.

 

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq