DƏHŞƏT! Əlillik dərəcəsi ilə bağlı ŞİKAYƏTLƏR

15:22 05-12-2023 | icon 489 | Cəmiyyət
DƏHŞƏT! Əlillik dərəcəsi ilə bağlı ŞİKAYƏTLƏR

Fuad Əliyev: “Təqaüdlərin verilməsini bu formada dayandırdılar...”

 

“Müraciətlərin əksəriyyəti əlilliyi olan şəxslərə əlillik dərəcəsinin verilməməsi və əlillik üçün verilən aylıq müavinətin  kəsilməsi ilə əlaqədardır. Burda ciddi problemlər var”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev bildirib.

 

 

Onun sözlərinə görə, vətəndaşların Həmkarlar Birliyinə daxil olan şikayətlərin əksəriyyəti təqaüd və əlillik qruplarının kəsilməsi ilə əlaqədardır:

 

“Bəzi qanunları qəbul edəndə, çalışırlar ki, qanunlar Avropa standartlarına uyğun olsun. Çox təəssüf ki, qəbul olunan bəzi qanunlar vətəndaşlara problem yaradır. Bir neçə il bundan əvvəl, uzun illər əlillik dərəcəsinə uyğun aylıq müavinət alan şəxslərə bu müavinətin verilməsi dayandırıldı. Həm də heç bir xəbərdarlıq etmədən. Vətəndaş da gəlir bankomatın qabağına, görür ki, pul yoxdur. Sonra aydın olur ki, yeni qaydalara görə, əlilliyi sübut etmək üçün yenidən müayinədən keçməlidir. Bu da böyük bir problemə çevrilir. Şikayətçilərin dediyinə görə aylarla yollarda qalıblar. Sonda da bizə müraciət edirlər ki, biz onlara köməklik edək. Biz də öz növbəmizdə çalışırıq onlara dəstək olaq”.

 

Fuad Əliyevin sözlərinə görə, təqaüdlərin ləğvi prosesində qanun pozuntuları var. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi deyir ki, keçmişdə saxta əlillik qrupları verilib:

 

“Buna görə də təqaüdlərin verilməsini bu formada dayandırdılar. Yenidən müayinədən keçib saxta qrup alanları ifşa edirlər. Bax bu yanaşma ilə razılaşmaq mümkün deyil. Niyə bu saxta qrup alanlara görə həqiqi əlillər əziyyət çəkməlidirlər? Təqaüdü kəsirsən, bəs bu insanlar necə yaşasınlar? Onların başqa gəlir yeri yoxdur, əlildirlər. Saxta əlilliyi alanları üzə çıxarın. Bu məsələdə hamı sizi dəstəkləyir. Amma bunu edərkən insanların hüquqlarının pozulmamasına diqqət edin. Təqaüdlər kəsilmədən öncə əlillərin yenidən müayinədən keçməsi üçün vaxt verə bilərdiniz. Onda bu qədər narazılıq yaranmazdı”.

 

AYSEL
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM