“Azad olunmuş ərazilərə köçürülənlərlə bağlı bəzən yanlış anlaşılma olur”

07:31 07-12-2023 | icon 249 | Cəmiyyət
“Azad olunmuş ərazilərə köçürülənlərlə bağlı bəzən yanlış anlaşılma olur”

“Birinci mərhələdə daha ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlərə öncədən müvafiq yük maşınları təyin edilir, onlar Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Qobu Park -3” yaşayış massivindəki təyinat nöqtəsinə yığışırlar, növbəti gün isə aidiyyəti üzrə azad edilən ərazilərə köçürülürlər”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin direktor müavini Tural Qasımov deyib.

 

O bildirib ki, bəzən yanlış anlaşılmalar olur, cəmiyyətdə belə bir fikir yaranır ki, köçürülənlər “Qobu Park” yaşayış kompleksinin sakinləridir:

 

“Amma bu belə deyil. Müxtəlif rayonlarda pansionatda, yataqxanada, daha ağır şəraitdə yaşayan məcburi köçkünlər azad edilən ərazilərə köçürülərkən onlara müvafiq yük maşınları təyin edilir. Bir gün öncədən onların yükləri maşınlara yüklənir və təyinat nöqtəsinə (“Qobu Park-3”) gəlirlər. Növbəti gün isə azad edilən ərazilərə köç karvanı qeyd etdiyim təyinat nöqtəsindən yola salınır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM