Ananın yaşayışı görənləri ŞOKA SALDI

11:27 07-12-2023 | icon 429 | Cəmiyyət
Ananın yaşayışı görənləri ŞOKA SALDI

Müstəqil Həmkarlar Birliyinin İdarə Heyətinin üzvləri Pirallahi sakini Sabina Tairovna Ribinanın Birliyə daxil olan şikayəti əsasında, onun evində olub baxış keçiriblər.

 

Versus.Az xəbər verir ki, bu barədə Müstəqil Həmkarlar Birliyinin Mətbuat Xidmətinin məlumatında bildirilib.

 

Sabina Rivina MHB-nin üzvlərinə bildirib ki, artıq 6 ildir iki uşaqla belə bir şəraitdə yaşayır. Hamam-tualet olmadığına görə, fiziololi ehtiyacları həyətdə edirlər.

 

Şikayətçi onu da qeyd edib ki, keçmiş həyət yoldaşı uzun illərdir ki, kəsilmiş alimenti ödəmir və uşaqlarla maraqlanmır. Onun sözlərinə görə, dövlət strurkturları da köməklik etmirlər. Qadın deyir ki, həftənin bir günü evdə olur, qalan günləri səhərdən gecəyə gədər kafelərdə qab yuyaraq qazandığı pulla iki uşağı böyüdür.

 

Müstəril Həmkarlar Birliyinin rəhbərliyi bu inanılmaz yaşayışla tanış olublar. Vəziyyətin ağırlığını görən Fuad Əliyev bildirir ki, Azərbaycan vətəndaşı bu şəraitdə yaşamamalıdır. Burda demək olar ki, heç ev də yoxdur.

 

MHB sədr müavini Xəzər Teyyublu da vurğulayıb ki, təkbaşına iki əsgər böyüdən ananın belə yaşayışı olmamalıdır.

 

Qeyd edək ki, Müstəqil Həmkarlar Birliyi bu məsələni diqqətdə saxlayacağını bildirib və qeyd edib ki, vəziyyətlə bağlı müvafiq orqanlara müraciət ediləcək.

 

 

AYSEL
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM