Azərbaycanlı aktrisa Hollivud ulduzu ilə eyni filmdə
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Aysel Nazim “Çingene kızı” filminə çəkilir.
Versus.Az xəbər verir ki, o, ekran işində “Zeugma” mozaika muzeyinin müdiri istanbullu Esra rolunu canlandırır.
Filmdə Amerikadan gətirilən, dünyacaməşhur “Çingene kızı” mozaikası ilə bağlı yaşanan hadisələr canlandırılıb.
Komediyası janrında olan filmin çəkilişlərinin çoxu Qaziantepdə, bir qismi isə İstanbulda baş tutub.
Digər baş rol ifaçısı tanınmış türkiyəli aktyor İnan Ulaş Torundur.
Ekran işində həmçinin Hollivud aktyoru Nikolas Feysi rol alıb.
Qeyd edək ki, filmin rejissoru Kamil Çetindir.
Ayəndə Dadaşova
versus.az
Xəbər lenti
Füzuliyə qayıdış davam edir
Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 153 nəfər köçürülür