Xırnik qurusunun faydaları

10:10 21-12-2023 | icon 420 | Sağlamlıq
Xırnik qurusunun faydaları

Təzyiqdən şəkər xəstəliyinə, ürək xəstəliklərindən mövsümi xəstəliklərə qədər bir çox sağlamlıq problemlərinin dərmanı olan qurudulmuş xırnik şəfa mənbəyidir.

 

Bu barədə türkiyəli herbalist (bitkilərlə müalicə üzrə məlumatlı şəxs - red.) Koray Özkılıç danışıb. Koray Özkılıçın sözlərinə görə, qurudulmuş cənnət xurması (xırnik) lif baxımından çox zəngin olduğu üçün pəhriz yeməkləri siyahısında üstünlük verilən qidalardandır. Həmçinin qış aylarında xəstəliklərə qarşı immunitet sisteminin gücləndirilməsində faydalıdır:

 

“Xırnik qurusu bir çox xəstəliklər, o cümlədən yüksək təzyiq, şəkərli diabet və ürək xəstəlikləri üçün faydalıdır”.

 

“Qurudulmuş xırnik yetişmiş xırniyin günəşin altında qurudulması ilə əldə edilir. Bəzən buna çox üstünlük verilməsə də, istifadə olunması zəruri olan meyvədir. Cənnət xurması payız mövsümünün ən sevilən meyvələrindən biridir. Minerallar, antioksidantlar və lif baxımından zəngindir. Tərkibində yağ olmadığı üçün eyni zamanda sağlam və təbii karbohidrat qaynağıdır. Təzə, qurudulmuş və ya bişmiş halda yeyilə bilən meyvədir”.

 

Onun sözlərinə görə, bu meyvədən, həmçinin peçenye, keks, pudinq, salat və s. üçün ləzzətli sous kimi qurudulmuş şəkildə də istifadə olunur.

 

Herbalist əlavə edib ki, xırniyin bir çox faydası olsa da, qədərindən çox istifadə edilməməlidir:

 

“Xüsusilə də şəkərli diabet xəstələri üçün tövsiyə edilən miqdardan çox istifadə olunmamalıdır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM