Rusiya Azərbaycanla sülhməramlıları müzakirə edir

11:03 30-12-2023 | icon 994 | Gündəm
Rusiya Azərbaycanla sülhməramlıları müzakirə edir

Moskva Qarabağdakı sülhməramlılarla bağlı bütün məsələləri Azərbaycan tərəfi ilə müzakirə edir.

 

Versus.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "RIA Novosti" agentliyinə müsahibəsində bildirib.

 

Qaluzin xatırladıb ki, sülhməramlı kontingent Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq Qarabağa yerləşdirilib.
 

"Bu sənədi heç kim ləğv etməyib. Orada bizim sülhməramlılarımızın 5 il müddətində, yəni 2025-ci ilin noyabr ayına qədər qalması nəzərdə tutulur", - o əlavə edib.

 

Qaluzin qeyd edib ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb və sülhməramlılarla bağlı məsələlər Azərbaycanla birlikdə nəzərdən keçirilir. Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin Praqa Bəyannaməsində təsbit edildiyi kimi, Qarabağın Azərbaycana məxsus olması barədə qərarından sonra yerdə vəziyyət kəskin şəkildə dəyişib.

 

"İndi biz Qarabağda sülhməramlıların olması ilə bağlı bütün məsələləri sırf Azərbaycan tərəfi ilə birlikdə nəzərdən keçiririk. Bu, qarşılıqlı hörmət və konstruktiv şəraitdə baş verir", - nazir müavini vurğulayıb.

 

Rusiya xarici işlər nazirinin müavini iddia edib ki, ABŞ Cənubi Qafqazı Rusiyaya qarşı “ikinci cəbhə” üçün tramplin hesab edir: "Bu, region xalqlarının maraqlarına ziddir".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ