Aqressiv xərçəngin fərqli ƏLAMƏTLƏRİ

12:01 04-01-2024 | icon 432 | Sağlamlıq
Aqressiv xərçəngin fərqli ƏLAMƏTLƏRİ
Erkən mərhələdə mədə-bağırsaq və mədəaltı vəz xərçəngi növləri simptomsuz inkişaf edir.
 
 
Ali dərəcəli onkoloq Beslan Balkarov aqressiv xərçəngin erkən əlamətlərini açıqlayıb:
 
 
“Mədə xərçəngi olan pasiyentlərdə ilkin simptom daimi mədə yanğısı, qıcqırma, yemək zamanı tikə udmada problem, ürəkbulanmadır. Eləcə də az yeyən kimi doyurlar və qarın köpür. 2-ci mərhələdə xəstə səbəbsiz arıqlayır və tez yorulur. Sakit halda da təngnəfəslik yaranır və xəstələr ürəyini, ağciyərini yoxladır.
 
Eyni simptomları qastrit, reflüks, mədə yırtığı və bağırsaq problemləri də verdiyi üçün həkimlər də şişdən ilk başda şübhələnmir. Əgər xəstədə müalicədən sonra da bu əlamətlər keçmirsə, aylarla gözləmədən daha dərin müayinə olunsun. Mədə və mədəaltı vəz xərçəngi üçün orta yaş 40-60 yaşdır. Xəstəlik daha çox kişilərdə yaranır.
Gənc yaşda mədədə Helikobakteri bakteriyası çıxan insanlar da ehtiyatlı olmalıdır.
 
Xəstəliyi acı, duzlu, qızarmış yemək yemək, mədədə polip və qastriti olması daha da aktivləşdirə bilər. Bu vərdişləri olanlar 35 yaşdan artıq mədəni 2-3 ildən bir yoxlatmalıdır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM