"Bugünkü toylarımızın arasında əsas fərq ondadır ki..."

09:45 06-01-2024 | icon 357 | Cəmiyyət
"Bugünkü toylarımızın arasında əsas fərq ondadır ki..."

Əhməd Rəhmanov: "Əvvəllər valideynlər daha məsuliyyətli yanaşırdılar, bu gün isə..."

 

"Əvvəlki toylarla bugünkü toylarımızın arasında əsas fərq ondadır ki, əvvəl insanlar şou görmürdülər".

 

Versus.Az xəbər verir ki, bunun açıqlamasında Müstəqil Həmkarlar Birliyinin həmtəsisçi Əhməd Rəhmanov deyib.

 

Əhməd Rəhmanov bildirib ki, insanlar toya münasibət qurmağa gəlirdi:

 

"Müasirlik həyatımızı hərtərəfli şouya döndərib. Toyların formatı dəyişib, indi bir kütlə insanın hansısa səbəbdən yığışması məqsədini daşıyır. Toy qeyri-adiliyini itirib. Keçmişdə ailə quranlar, valideynlər toya daha məsuliyyətli yanaşırdılar, artıq bu gün onu etmirlər. Çünki əvvəl qohumlardan, cəmiyyətin qınağından çəkinirdilərsə, indi çəkinmirlər. İnsanlar necə istəyirsə, elə də yaşayır. Ona görə toylarımız da adiləşib. Şadlıq evlərinin rəhbərliyi adiliyə dəyişiklik etmək, gəlir əldə etmək üçün əlavə işlər görüblər. Musiqidə və yeməklərdə çox dəyişikliklər edilib".

 

Ə.Rəhmanov qeyd edib ki, əvvəl kişi və qadın toyu ayrı olurdu, çeşid çox olmurdu. Onun sözlərinə görə, yeməklərdən yalnız kabab, bozbaz və içki olurdusa, indi rəhbərlik gəlir üçün toy yeməklərində daha çox salatlara üstünlük verir. Salatdan əldə edilən gəlir, digər yeməklərə görə çoxdur:

 

"Toyun təşkilatçıları da Azərbaycan mentalitetinə yad adətlər gətirirlər. Bunlara toyun əvvəlində gəlinlə bəyə şərab süzmək, gəlinlə bəy rəqsini nümunə gətirə bilərəm. Azərbaycan filmində - "Məşədi İbad"da bəylə gəlin toyun sonunda rəqs edirlər. Təəssüflə demək istəyirəm ki, gəlinlə bəyin münasibətini sahmana salan yengə artıq indiki toy adətində yoxdur. İnsanlar həyata daha çox bilgi ilə baxırlar. Burada maddiyyat çox rol oynayır. Ailənin maddi imkanı nə qədər çoxdursa, onlar milli adətlərdən o qədər kənara çıxırlar. Rayonlarda müəyyən adət-ənənələrimiz qalıb. Şəhərdə isə qalmayıb. Məsuliyyət az olduğu üçün ailələr də tez dağılır. Əvvəl toy etmək üçün illərlə düşünürdülər. İndi isə kimsə birini bəyənir, qısa müddətdə onunla da evlənmək qərarına gəlir. Ona görə ailələr arasında münaqişələr də çoxdur".

 

AYSEL
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM