“AŞPA Azərbaycana qarşı haqsızlıqları görməyibsə, deməli kordur”

09:00 31-01-2024 | icon 635 | Siyasət
“AŞPA Azərbaycana qarşı haqsızlıqları görməyibsə, deməli kordur”

Təyyar Yəhyayev: "Belə bir təşkilata üzv olmamaq o qədər də önəm kəsb etməməlidir”

 

"Fransanın, ABŞ-ın erməni vətəndaşının Qarabağa gəlməsi qeyri-mümükündür. Bura Azərbaycan ərazisidir və bura yalnız Azərbaycan qanunları çərçivəsində səfər edə bilərlər".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında siyasi ekspert Təyyar Yəhyayev bildirib. O, qeyd edib ki, AŞPA Avropa Şurasının parlament qoludur və 46 dövlətdən ibarət beynəlxalq təşkilatdır.

 

Təşkilatın əsas məqəsədinin insan hüquqları demokratiya, qanunun aliliyi ilə məşğul olmaq olduğunu deyən ekspert Azərbaycanla Avropa Şurasının əməkdaşlıq tarixçəsinə diqqət çəkib:

 

“Assambleya ilk iclasını 1949-cu il 10 avqusta Strasburqda keçrib və bununla da qədim assambleya kimi tarixə düşüb. Azərbaycan müstəqillik qazandıqdan sonra daim beynəlxalq təşkilatlara üzv olmaq haqqında düşünüb, o cümlədən 1992-ci ildə Azərbaycan parlamenti xüsusi dəvət olunmuş qonaq statusu almaq üçün Avropa Şurasına müraciət edib. 4 ildən sonra, 1996-cı il martın 17-18-ində Azərbaycan Avropa Şurasının Avropa komissiyasına üzv qəbul olunub. Eyni zamanda iyunun 28-də Avropa Şurası Azərbaycanın xüsusi dəvət statusu verilməsi ilə bağlı qərar qəbul edib. 1997-ci il oktyabrın 10-11 də Azərbaycan prezidenti mərhum Heydər Əliyev Avropa Şurasının Starsburqda keçirilən I zirvə toplantısında iştirak edib. Həmin toplantıda Azərbaycanda demokratik prosesin gedişi, bir sıra əlaqələr haqqında, eyni zamanda “Dağlıq Qarabağ” münaqişəsi haqqında Azərbaycanın mövqeyini açıqlayır. Azərbaycan1999-2000-ci ildə Avropa Şurası ilə əməkdaşlığını davam etdirib. Nəhayət 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycanın tam hüquqlu üzv olunması ilə bağlı qərar qəbul olunur. Qurumun binası qarşısında dövlətimizin bayrağı ucaldılır. 2003-cü il yanvarın 27-də Avropa Şurası Parlament Assambleyası bürosunun iclasında Prezident İlham Əliyev Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞPA-nın vitse-prezidenti seçilir”.

 

T.Yəhyayev bu faktlara istinad edərək, Azərbaycanən müstəqillik qazandığı ilk illərdən AŞPA-nın regionda gedən prosesləri, eyni zamanda ermənilərin təcavüzkar siyasətini, əzəli torpaqlarımızın işğalını gördüyünü, bildiyini önə çəkib:

 

“Çünki Azərbaycan Avropa Şurasına üzv olandan sonra dəfələrlə eyni məsələni qaldırıb. Amma Avropa Şurası reaksiya verib Ermənistanı təcavüzkar ölkə kimi tanımayıb. Əgər Avropa Şurası demokratik hüquqaları qoruyan təşkilatdırsa, nəyə görə 30 ildən artıq bir müddət ərzində susdu? Özünün yazdığı qanunlara riayət etmirsə, ikilistandartlarla işləyirsə, bu cür beynəlxalq təşkilatların Azərbaycana müsbət təsiri yoxdur. Biz qəti şəkildə deyə bilərik ki, AŞPA bizə qarşı olan haqsızlıqları görməyibsə, deməli kordur. Əgər bu qədər Qarabağda gedən prosesləri eşitməyibsə kardır, laldır. Belə bir təşkilata Azərbaycanın üzv olmaması o qədər də önəm kəsb eləməməlidir”.

 

Ekspert qeyd edib ki, Avropa Şurası ötən il Azərbaycanın erməniləri blokadada saxlaması, humanitar fəlakət olmsı ilə bağlı qərar qəbul etmək istədi:

 

“Amma Laçın dəhlizi bütün humanitar məqsədlər üçün açıq idi və Azərbaycan prezidenti dəfələrlə bəyan etmişdi ki, Qarabağ ərazisində yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onlara da diqqət, qayğı olacaq. Amma Fransanın, ABŞ-ın erməni vətəndaşının Qarabağa gəlməsi qeyri-mümükündür. Bura Azərbaycan ərazisidir və bura yalnız Azərbaycan qanunları çərçivəsində səfər edə bilərlər.

Sentyabrın 19-da keçirilən antiterror əməliyyatı nəticəsində bütün ərazilər – Xankəndi, Xocavənd, Ağdərə, Xocalı öz suverenliyini, ərazi bütövlüyünü təmin elədi və Azərbaycan bayrağı işğaldan azad olunmuş bütün ərazilərdə dalğalanmağa başladı. Bu, Qərbi daha çox qıcıqlandırmağa başladı. Çünki Qərbə güclü Azərbaycan lazım deyildi. Bütün iclaslarda çıxış edən deputatlar bunu tam büruzə verdilər. 30 min azərbaycanlı Qarabağ döyüşləri zamanı öldürüldü. AŞPA-da onlara hansı zülümlərin verilməsi ilə bağlı bir kəlmə belə danışmadılar. Amma öz xoşu ilə köçən müəyyən qism ermənilərin hüquqlarını qorumağa qalxdılar. Kim onların hüquqlarını pozub, kim onları qovub?! Biz AŞPA-nın demokratiya, insan haqlarını qoruyan qurum olmasına şübhə ilə yanaşırıq. Belə bir qurumun ədalətli qərar qəbul etməsini də gözləmirik”.

 

T.Yəhyayev AŞPA-nın Azərbaycanda seçkilərə dəvətsiz qalması narahatlığına da diqqət çəkib:

 

“Biz bu AŞPA-nı niyə dəvət etməliyik? Bu təşkilat 30 il Azərbaycanın işğalda olmasını görməyibsə, yəqin ki, seçkilərin demokratikliyini də görməyəcək. Əgər heç vaxt Azərbaycan əsgəri tərəfindən dinc ermənilərə qarşı heç bir güc tətbiq edilməməsini görməyib erməniləri blokadada saxlamaq və yaxud onları doğma yerlərindən didərgin salmaq kimi iddialar irəi sürürlərsə, kim zəmant verir ki, seçkilərdə müşahidəçi kimi iştirak edən zaman bu cür ikilistandartları dilə gətirməyəcəklər. Azərbaycan AŞPA-nı bu formatda ölkəmizdə keçirilən seçkilərə müşahidəçi qismində dəvət etməməklə düzgün qərar vermişdir. Əgər AŞPA bundan sonra insan hüquqlarının qorunması, demokratiyanın aliliyini təmin edərsə, irqi, dini ayrıseçkiliyə yol verməzsə, ikilistandartlara son qoyarsa, Azərbaycan o quruma tam hüquqlu üzv kimi qəbul olunmaq haqqında düşünə bilər”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”