“ABŞ-ın illik hesabatla çıxışı gözlənilən idi”

09:59 08-01-2024 | icon 369 | Siyasət
“ABŞ-ın illik hesabatla çıxışı gözlənilən idi”

Vüqar Dadaşov: "Bu hesabat ABŞ başda olmaqla Qərbin region uğrunda mübarizənin detallarıdır"

 

"Ermənistan - Azərbaycan arasında çərçivə sülh müqaviləsinin imzalanmasının mümkün göründüyü bir zamanda və əlaqələrin 3 və ya 4-cü tərəflərin iştirakı olmadan baş tutması ABŞ-ı narahat etməyə bilməzdi".

 

Versus.Az xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov ABŞ-ın Azərbaycanla bağlı qərəzli hesabatı ilə bağlı açıqlamasında bildirib.

 

Politoloq hesab edir ki, ABŞ-ın növbəti dəfə belə bir illik hesabatla çıxışı gözlənilən idi. O, qeyd edib ki, ABŞ ötən ilin may ayında da ABŞ eyni məzmunda anti Azərbaycan hesabatı dərc etmişdi.

 

V.Dadaşovun fikrincə, Ermənistan və Azərbaycan arasında çərçivə sülh müqaviləsinin Moskva platformasında imzalanmasından ehtiyatlanan ABŞ-ın özünü Ermənistana dost-yaxın göstərmək üçün anti Azərbaycan xarakterli hesabat,bəyanatlarla çıxışı mümkün idi:

 

“Onu da nəzərə almaq lazımdır ki, xeyli fasilədən sonra Paşinyanın bir müddət əvvəl Rusiyaya, Sanktpeterburqa səfəri eyni zamanda Qərbə bir mesaj kimi, həm də şantaj xarakterli idi. ABŞ-ın anti Azərbaycan hesabatını tam olaraq Ermənistanın diplomatik uğuru hesab etmək olmaz. Əvvəla ABŞ-ın Cənubi Qafqazla, Rusiya ilə bağlı öz siyasi kursu və hədəfi var və Ermənistan bu məqsəd üçün sadəcə vasitədir”.

 

V.Dadaşov bildirib ki, ABŞ-ın bu ilki sonuncu illik hesabatı hüquqi və siyasi baxımdan heç bir qüvvəyə, təsirə malik deyil:

 

“Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, heç bir dövlət Azərbaycanın iradəsinə təsir edə bilməz. Bu il Azərbaycan Prezidenti İlham Əliyev dünya azərbaycanlılarının həmrəylik günü və yeni il bayramı münasibəti ilə xalqa müraciətində "Bu, bizim torpağımızdır, bu torpağın sahibi bizik, nə lazım biliriksə, onu da edəcəyik" - deyə, ABŞ-da daxil olmaqla bütün anti Azərbaycan qüvvələrə açıq mesaj verdi. Azərbaycan dövlətinin öz milli maraqlarından geri çəkilməyəcəyi artıq dünya gücləri üçün bir reallıq olaraq qəbul edilir. ABŞ-ın Azərbaycana qarşı ardıcıl təzyiqlərinin effeksizliyi sonda elə ABŞ-ın özünü güzəştə getməyə məcbur etdi. Bir ay əvvəl (01.12.2023) ABŞ-nin Dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi buna sübutdur”.

 

Siyasi ekspert hesab edir ki, ABŞ-ın öz siyasi maraqları ilə üst-üstə düşən erməni lobbisunin Azərbaycanla münasibətlərin arzuolunmaz istiqamətdə inkişafına dair istəklərinin boşa çıxması, onu sübut edir ki, Azərbaycan Beynəlxalq miqyasda söz sahibi kimi, öz dövlət və milli maraqlarını qorumaq iqtidarındadır:

 

“Əlbəttə ki, onları Azərbaycanla hesablaşmağa məcbur edən, onun iqtisadi, hərbi gücü, siyasi iradəsi, coğrafi mövqeyi və Avropanın enerji təhlükəsizliyi məsələsidir.  Həmçinin unutmaq olmaz ki, Azərbaycan Türkiyə ilə müttəfiqdir və regionun taleyi məhz Türkiyənin yanaşması ilə fərqli istiqamətdə müəyyən edilə bilər. Yeri gəkmişkən, Azərbaycan Rusiya ilə də müttəfiqlik bəyannaməsi imzalayıb. Bu gün Türkiyə, Rusiya və Azərbaycanın bir-birilərinin maraqlarını qəbul edərək hərəkət etməsi, digər güclərin regionla bağlı siyasətinin əngəlinə çevrilib. Odur ki, ABŞ, Fransa və ya hər hansı bir digər ölkənin anti Azərbaycan hesabatı, bəyanatın  adi kağız parcasından başqa bir şey olmasa da, ABŞ başda olmaqla Qərbin region uğrunda mübarizənin detallarıdır”.

 

SEVDA
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM