ABŞ-ın "5-ci kolon"u hərəkətə gətirən ƏNDRABADİ HESABATI

13:04 08-01-2024 | icon 443 | Siyasət
ABŞ-ın "5-ci kolon"u hərəkətə gətirən ƏNDRABADİ HESABATI

Fuad Əliyev: "Zəif Azərbaycan keçmişdə qaldı, indiki Azərbaycanla hesablaşmaq lazımdır”

 

“ABŞ sadəcə olaraq Azərbaycana qarşı növbəti qərəzli və həqiqəti əks etdirməyən hesabatı açıqladı”.

 

Versus.Az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycanla bağlı qərəzli hesabatına açıqlamasında prezidentliyə namizəd Fuad Əliyev bildirib.

 

Fuad Əliyev qeyd edib ki, Azərbaycana qarşı belə münasibət qərəzli siyasətin davamıdır:

 

“Azərbaycanın müstəqilliyinin ilk illərindən bu qərəzli münasibətin, siyasətin şahidi olmuşuq. Konqres tərəfindən 907 maddənin qəbul olunması və bu günə gədər qüvvədə qalması, ATƏT-in Minsk qrupunda fəaliyyəti, illər boyu separatçılara maliyyə yardımın ayrılması, Vətən müharibəsində tutduğu qərəzli mövqe və sair bu kimi misallar çəkmək olar. İndi də ABŞ Azərbaycana qarşı növbəti qərəzli və həqiqəti əks etdirməyən hesabatı açıqladı. USCIRF öz bəyanatında Azərbaycanın nəzarət siyahısına daxil edib. Güya Azərbaycanda dini etiqad azadlığı sahəsində beynəlxalq öhdəliklər pozulur. Bu ağ yalandır. Azərbaycanda yalnız məscidlər deyil, kilsə, senaqoqalar, eyni zamanda bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfindən qanun çərçivəsində lazımi dəstək verilir. Çünki dinlərə və dini fəlsəfi cərəyanlara münasibətdə tolerantlığı ilə seçilən Azərbaycan xalqı bu spesifik keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənmiş və bu gün də fərqlənməkdədir. Azərbaycanda müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisinə və bərpasına fərqli dini icmaların nümayəndələrinin maddi və mənəvi dəstək verməsi, ianələr toplaması tarixi keçmişimizdən qalan mütərəqqi ənənədir”.

 

Fuad Əliyev bildirib ki, bu qərəzli münasibət Vətən müharibəsindən sonra daha açıq və intensiv şəkildə davam etdi:

 

“Bəzi Qərb ölkələri, xüsusilə ABŞ və Fransa Vətən müharibəsindəki qələbəmizi hələ də “həzm” edə bilmirlər. Üstəgəl növbədənkənar prezident seçkilrinin keçirilməsi. Çalışırlar ölkəmizdə bir qarşıdurma yaratsınlar. Öz beçinci kolon vasitəsilə seçkiləri aşağılamaq, əhəmiyyətsiz kimi göstərmək istəyirlər. Hesab edirəm ki, bu dəfə də heç nə alınmıyacaq. Zəif Azərbaycan keçmişdə qaldı. İndiki Azərbaycanla hesablaşmaq lazımdır”.

 

AYSEL
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM