"Bəzi nazirlik və universitet bölgələrə köçürülməlidir"

10:15 09-01-2024 | icon 237 | Siyasət
"Bəzi nazirlik və universitet bölgələrə köçürülməlidir"

Hafiz Hacıyev: "Bakının yükü maksimum dərəcədə azaldılmalıdır"

 

“Düzgün planlama ilə Bakıda nəinki tramvay, hətta trolleybus xətlərini də bərpa etmək mümkündür”.

 

Versus.Az xəbər verir ki, bunu Bakının yeni Baş planı və orada nəzərdə tutulan genişmiqyaslı işlər haqqında açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bildirib.

 

MMP sədri qeyd edib ki, Bakı Azərbaycanın paytaxtı olmaqla yanaşı, həm də dünyanın əsas müasir şəhərlərindən birinə çevrilib:

 

“Bakının gələcəyi ilə bağlı işlərin həyata keçirilməsi mütləqdir. Lakin bu işlərin icrası ilə paralel olaraq, şəhərin yükünün azaldılmasına da diqqət yetirilməlidir. Yəni bəzi nazirliklər və ali təhsil müəssisələri müəyyən bölgələrimizə köçürülməlidir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu kimi faktorları nəzərə almalıdır. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin Bakıda fəaliyyət göstərməsi məqsədəuyğun deyil. Yaxud universitetlər ətraf regionlara, xüsusilə, Qarabağın mərkəzi olan Şuşaya, Xankəndiyə köçürülsə, daha yaxşı olar. Bir sözlə, Bakının yükü maksimum dərəcədə azaldılmalıdır".

 

Hafiz Hacıyevin sözlərinə görə, düzgün planlama ilə Bakıda nəinki tramvay, hətta trolleybus xətlərini də bərpa etmək mümkündür:

 

"Yerindən duran danasını satıb gəlib Bakıda maşın alıb “taksavatlıq” etməməlidir. Rayonlarda iş yerləri açılmalı, həyat şəraiti yüksəldilməlidir. Bakı ilə bağlı gələcək planlar hər birimiz üçün sevindirici haldır. Ancaq regionları da yaddan çıxarmaq olmaz”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM