Epşteyn QALMAQALI

17:46 11-01-2024 | icon 392 | Dünya
Epşteyn QALMAQALI

Türkiyəli nazir yayılan iddialara cavab verdi

 

Azyaşlı qız uşaqlarını milyarderlərə satmaqda günahlandırılan Cefri Epşteyn qalmaqalından sonra dünyada itkin düşən uşaqlar gündəmə gəlib.

 

"Haberler.com"a istinadən xəbər verir ki, Türkiyədə baş verən dəhşətli zəlzələlərdən sonra uşaqların itkin düşməsi ilə bağlı iddialar da səsləndirilir.

 

Belə ki, Epşteynin pilotu Nadya Marçinko qızların Türkiyədən ABŞ-a qaçırıldığını bildirib. 

 

Türkiyənin Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş zəlzələ qurbanlarının itkin düşməsi ilə bağlı iddialara cavab verib:

 

"1912 uşaqdan birinin belə itkin düşməsi mümkün deyil. Uşaqların şəxsiyyətinin müəyyənləşdirilməsini Səhiyyə, Daxili İşlər, Ədliyyə və Ailə nazirlikləri birlikdə aparıb".

 

Xatırladaq ki, 14-18 yaşlarında onlarla qıza qarşı cinsi istismarda günahlandırılan Cefri Epşteyn 2019-cu il avqustun 10-da Nyu-Yorkun Manhetten Metropolitan Mərkəzi Həbsxanasında ölü tapılıb.

 

Epşteynin sevgilisi Gislayn Maksel də azyaşlı qızları öz tələsinə salmaqda günahlandırılaraq məhkəmədə təqsirli bilinib. 

 

Digər tərəfdən, Epşteyninin qurbanlarından olan Virciniya Giuffre 2021-ci ildə məhkəməyə müraciət edərək, Şahzadə Endryunun 17 yaşında olarkən Nyu-York və Londonda ona təcavüz etdiyini iddia edib. Giuffre bildirib ki, Şahzadə onun yetkinlik yaşına çatmadığını bildiyi halda onun razılığı olmadan ona cinsi təcavüz edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ