“Həmin kəndlər şərtsiz Azərbaycan qaytarılacaq”

18:10 25-01-2024 | icon 236 | Siyasət
“Həmin kəndlər şərtsiz Azərbaycan qaytarılacaq”

Kamilə Əliyeva: "Bu istiqamətdə yaxın zamanda müsbət addımlar atılacaq”

 

Milli Məclisin deputatı Kamilə Əliyeva Vətən Müharibəsindən sonra ölkə başçısının rəhbərliyi ilə Ermənistana regionda sülh sazişinin bağlanması təşəbbüsü ilə 5 baza prinsipi təqdim etdiyini xatırladıb.

 

Versus.Az xəbər verir ki, 5 prinsipdən birinin sərhədlərin delimitasiya və demorkasiyası bağlı olduğunu vurğulayan deputat ilk vaxtlar Ermənistan rəhbərliyinin məsələyə adekvat yanaşaraq, bu məqsədlə Rusiya, Azərbaycan və Ermənistan baş nazirləri səviyyəsində komissiya yaradıldığını qeyd edib:


“Komissiya sərhədlərin delimitasiyası ilə bağlı müzakirələr aparsa da, sonralar Ermənistan rəhbərliyi Qərbdəki, xüsusilə Fransadakı ağalarının təzyiqi ilə danışıqları davam etdirmədi. Ermənistanın baş naziri qərbdəki havadarlarının diqtəsi ilə hərəkət edir. Ermənistan reallığı qəbul etmir, sərhədlərin delimitasiyasını zəruriliyini anlamır”.

 

K.Əliyeva son günlər yenə də Ermənistan tərəfindən müsbət siqnalların gəldiyini bildirib:

 

“İkisi anklav olmaqla Tovuzun 7, Naxçıvanın 1 kəndi hələ də Ermənistanın nəzarətindədir və həmin kəndlər şərtsiz Azərbaycan qaytarılacaq.Yerdə qalan 2 anklav kənd Azərbaycanın yuridiksiyasında qalmaqla danışıqlar yolu ilə öz həllini tapacaq. Bu istiqamətdə yaxın zamanda müsbət addımlar atılacaq”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”