Kərkük xalqından son seçimlərə ETİRAZ

16:28 26-01-2024 | icon 452 | Dünya
Kərkük xalqından son seçimlərə ETİRAZ

Kərkükdə keçirilən valilik seçkilərində şübhəli seçici bülletinləri aşkar edilib və Valilik Məclisləri qanununun 13-cü maddəsi həyata keçirilməyib. Eyni zamanda Kərkük rəhbərliyində Türkmənlərin olmadığı bir ortamda keçirilən seçki adil ola bilməz.

 

Bu da təbii ki, İraqın bərabər hüquqlu vətəndaşları olan türkmənlər tərəfindən narazılıq və hiddətə səbəb olub. Uzun illərdir öz tarıxi torpaqlarında ayrı-seçkiliklə qarşılaşan türkmən qardaşlarımız Kərkükün idarəçiliyində təmsil olunmaları və seçkilərin şəffaf, demokratik keçirilməsi mücadiləsini verirlər.

 

Bu dəfə də əldə edilən sonuclar onu deməyə əsas verir ki, seçimlər Kərkük xalqını, onların kimliyini təmsil edə bilməz. Kərkükün özünə xas özəllikləri, bölgəni inkişafa, sabitliyə qovuşduracaq, toplum içərisində barışı qoriyub saxlayacaq amilləri nəzərə alaraq, vali və ya Kərkük bölgə məclisi başqanlığı türkmənlərin milli haqqıdır.

 

Seçkilərə etiraz olaraq Türkmən cəmiyyəti tələb irəli sürüb. Onlar Kərkük Türkmən Cəbhəsi İttifaqı başqanı, partiya başqanları, türkmən millət vəkilləri və bölgə məclis üzvlərindən tələblərinin yerinə yetirilməsinə çağırış ediblər:

 

"İki vəzifədən birində türkmənlər təmsil olunmalıdır və bu bizim haqqımızdır. Xalqımızın mənafeyi və çıxarları bütün şəxsi mənafelərdən və çıxarlardan üstün olmalıdır. Tələbimiz yerinə yetirilənə qədər susmayacağıq, mübarizəmizi davam etdirəcəyik".

 

 

Ağanisə Əliqaraqızı
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ