“Ermənistana Beynəlxalq təziqlər artırılmalıdır”

14:15 27-01-2024 | icon 466 | Siyasət
“Ermənistana Beynəlxalq təziqlər artırılmalıdır”

Rauf Qurbanov: "Bunun sülh müqaviləsinin imzalanmasına təsiri olacaq"

 

Yanvar ayının sonuna qədər sərhədlərin müəyyənləşməsi ilə bağlı komisiya yenidən bir araya gəlir. Prezidentin son müsahibəsində söylədiyi fikirlərdən yola çıxaraq bu prosesin nə qədər vaxt alacağı diqqətdə saxlanılır. Maraqlıdır, sərhədlərin müəyyənləşdirilməsi yekun sülhə hansısa təhdid yaradırmı? Bu məsələdə İrəvan geri addım atacaqmı və anklavlar məsələsi öz həllini necə tapa bilər?

 

Versus.Az xəbər verir ki, siyasi icmalçı Rauf Qurbanov açıqlamasında sərhədlərin müəyyənləşdirilməsinin yekun sülhə heç bir təhdid yaratmadığını bildirib.

 

R.Qurbanov qeyd edib ki, Ermənistan tərəfi üç ildən artıq bir müddətdir ki, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı komissiya yaradır və hər ilin axırına yaxın sülh müqaviləsinin cari ilin sonunda imzalanacağı barədə mətbuata açıqlamalar verir:

 

“Əslində isə Rəsmi İrəvanın destruktiv fəaliyyəti yekun müqavilənin imzalanmasını ləngidir və 10 noyabr 2020-ci ildə imzanalmış üçtərəfli sazişin və o cümlədən Praqa, Soçi, Moskva, Brüssel razılaşmalarının icrasını dalana yönəldir. Ermənistan bütün mümkün imkanlardan istifadə edərək sülh müqaviləsinin imzalanmasının vaxtını uzatmağa çalışır. Qərbdəki havadarları Ermənistan Baş nazirini  inandırıblar ki, onlar Azərbaycana təziqlər göstərməklə bağlanacaq sülh müqaviləsini Ermənstanın maraqlarına uyğun həll edəcəklər. Bu baxımdan da İrəvan hər dəfə bir yeni bəhanə ilə təkliflər paketini bloklayıb absurd məsələlərin müzakirəsini ortaya çıxarır”.

 

Hazırda konistitusiyada dəyişiliklər və ya yeni konstitusiyanın qəbul olunması ilə bağlı məsələnin gündəmə çıxarıldığına diqqət səkən R.Qurbanov bildirdi ki, bu da vaxt alan bir məsələdir:

 

“Bütün bunları nəzərə alaraq qeyd etmək istəyirəm ki, Ermənistanın mövcud hakimiyyəti dildə konstruktiv təkliflərlə çıxış etməyinə baxmayaraq, riyakar, ikiüzlü bir siyasətlə məşğuldur və sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Sülh müqaviləsinin imzalanması üçün Ermənistana Beynəlxalq təziqlərin artırılması lazımdır”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”