Gəncədə ZAMİQ FIRTINASI

13:00 03-02-2024 | icon 243 | Şou-biznes
Gəncədə ZAMİQ FIRTINASI

Müğənni Zamiq Hüseynovun Gəncədə solo konserti baş tutub.

 

Versus.Az xəbər verir ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında reallaşan musiqili gecədə pop ulduz, sevənləri tərəfindən izdihamla qarşılanıb.

 

"Gənclər günü" nə həsr edilən "İcazə ver" adlı konsertdə Zamiq 2 saat ərzində sevilən nəğmələrini ifa edib. Xarizmatik ulduzun hər ifası pərəstişkarlarının xoş aurası və müşayiəti ilə yadda qalıb.

 

Onu da qeyd edək ki, anşlaqla keçən konsert salonunda əlavə stullar da yerləşdirilib.

 

Gəncədən xoş təəssüratla ayrılan Hüseynov, belə silsilə günlərin keçirilməsi üçün bütün sənət dostlarının həmrəy olmalarını istəyib.

 

Özəl gün Zamiqin ifasında "Vətən" nəğməsi ilə yekunlaşıb.

 

Konsert sonrası sənətçi ilə şəkil çəkdirmək istəyən fanatları növbəyə düzülüb.

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM