Başın sağ olsun, Türkiyə!

09:42 06-02-2024 | icon 354 | Dünya
Başın sağ olsun, Türkiyə!

Əsrin fəlakətindən bir il keçir

 

2023-cü ilin fevralın 6-da Türkiyə Respublikasının Kahramanmaraş vilayəti və ətraf ərazilərdə baş vermiş dağıdıcı zəlzələdən bir il ötür.

 

Zəlzələ nəticəsində 53 mindən çox insan həyatını itirib.

 

Zəlzələ 11 vilayət, 124 rayon, 7 000-ə yaxın kənd və məhəllədə böyük dağıntılara səbəb olub, 14 milyon insan təbii fəlakətdən birbaşa zərər çəkib.

 

Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından etibarən azərbaycanlı xilasedicilər zəlzələ bölgəsinə ezam olundular. Eyni zamanda, Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkəyə maddi vəsait və ianələr şəklində dəstək göstərildi.

 

Zəlzələdən zərər çəkmiş Türkiyəyə Azərbaycan dövlətinin yardımına bu bir il ərzində fasilə verilməyib. Hazırda Türkiyənin Kahramanmaraş şəhərində inşası davam edən Azərbaycan məhəlləsində işlər sürətlə davam etdirilir.

 

Qeyd olunur ki, ərazidə 2 mindən çox yaşayış binası yerləşəcək ki, bunun da vəsaiti Azərbaycan dövləti tərəfindən təmin ediləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ