“Kamal Talıbzadə və Səməd Vurğun” - Ədəbi-bədii gecə

15:10 21-02-2024 | icon 357 | Cəmiyyət
“Kamal Talıbzadə və Səməd Vurğun” - Ədəbi-bədii gecə

Görkəmli ədəbiyyatşünas və tənqidçi Kamal Talıbzadənin 100 illik yubileyinə və böyük Azərbaycan şairi Səməd Vurğuna həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tədbir Abdulla Şaiqin Mənzil-Muzeyi və Səməd Vurğunun Ev-Muzeyi tərəfindən təşkil olunub.

 

Versus.Az xəbər verir ki, tədbirdə AMEA Nizaml Gəncəvi adına Ədəbiyyat institutunun aprıcı elmi işçiləri, elmi katibi, ədəbiyyatşünaslar və yazıçı-şairlər, Abdulla Şaiqin Mənzil-Muzeyinin rəhbərliyi və əməkdaşları, muzey işçiləri iştirak ediblər.

 

Gecəni giriş sözü ilə açan Səməd Vurğunun Ev-Muzeyinin direktoru Vurğun Vəkilov sözügedən tədbirin əhəmiyyətindən bəhs edib.

 

Tədbirdə çlxlş edən elm, mədəniyyət və incəsənət xadimləri Kamal Talıbzadə ilə bağlı xatirələrini bölüşüb, onun ədəbiyyatımızı zənginləşdirən əsərlərindən söhbət açıblar. Xüsusilə də, Kamal Talıbzadənin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, eləcə də, Səməd Vueğunun sənət estetikası, ədəbi-tənqidi görüşləri haqqında qələmə aldığı əsərlərdən, Səməd Vurğunun onun elmi fəaliyyətini necə yüksək qiymətləndirməsindən danışılıb. Qonaqlar vurğulayıb ki, akademik Kamal Talıbzadə sadə olduğu qədər də müdrik, nüfuzlu bir ömür yaşayıb və alimin miras qoyduğu əsərlər bu gün də yeni nəsillərə ötürülür.

 

Kamal müəllimin qızı, Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadə tədbirdə iştirak edənlərə öz minnətdarlığını bildirdi və uşaqlıq illərinə dönərək, bu ünlü elm və sənət adamları ilə bağlı xatirələrini bölüşdü.

 

Tədbirin bədii hissəsində isə gənc solistlərin ifasında Niyazinin “Xoreoqrafik vals”, Ə.Əzizovun “Prelüdiya” musiqi əsərləri, “Səməni” və “Nəlbəki” xalq rəqsləri səsləndirildi.

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM