Yeni tədris ilindən bu universitetə də qəbul olacaq

15:45 21-02-2024 | icon 301 | Təhsil
Yeni tədris ilindən bu universitetə də qəbul olacaq

“Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı danışıqlar çoxdan aparılırdı”.

 

Versus.Az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli media nümayəndələri üçün keçirdiyi brifinqdə bildirib. 

 

Onun sözlərinə görə, universitetin yaradılması hər iki dövlət başçısının istəyi ilə olub:

 

“Artıq yeni tədris ilində universitetə tələbə qəbulu həyata keçiriləcək”.

 

Nicat Məmmədli qeyd edib ki, Türkiyə-Azərbaycan Universitetinin tədris binası Bakıda yerləşəcək. Universitetin inzibati, maliyyə məsələləri Azərbaycan tərəfindən həll olunacaq:

 

“Hazırda mühəndislik, texnoloji ixtisaslar olacaq. Gələcəkdə də digər fakültə və ixtisasların açılması proqnozlaşdırılır. Burada sadəcə bir vahid universitet deyil, Türkiyə və Azərbaycanda olan digər universitetlərin birgə təhsil və tədqiqatının tamamilə yeni modeli olacaq. Tədris türk və ingilis dilində olacaq”.

 

O qeyd edib ki, universitetdə nə qədər tələbənin təhsil alması hələlik bilinmir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM