Partiya sədri naziri QINADI

21:45 21-02-2024 | icon 380 | Cəmiyyət
Partiya sədri naziri QINADI

Hafiz Hacıyev: "Baş verənlər onun təhsil sisteminin başında olmasının fəsadlarıdır"

 

“Şagirdlər bir-birinə belə alçaldıcı hərəkətlər edirsə, ölkəmizin gələcəyi necə olacaq?”.

 

Bu fikirləri məktəbli qızlar arasında baş verən məlum insidentlə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

 

Partiya sədri bildirib ki, bu məsələdə istər ailələr, istərsə də məktəb ayrılıqda məsuliyyət daşıyırlar:

 

“Şagirdlərə dərs keçməyən Emin Əmrullayevin təhsil sisteminin başında olmasının fəsadları təbii ki belə də olmalı idi. Ailə və məktəb bir-biri ilə bağlılığını qorumalıdır. Bu bağlılıq olmayana və təlim-tərbiyə işləri düzgün aparılmayana qədər daha betər neqativ hallarla qarşılaşacağıq.

Şagirdlər bir-birinə belə alçaldıcı hərəkətlər edirsə, məktəb direktorunun şagirdlə adı hallanırsa, ölkəmizin gələcəyi necə olacaq? Bizlər də şagird və tələbə olmuşuq, ancaq bir-birimizə qarşı heç vaxt belə hərəkətlər etməmişik".

 

H.Hacıyev qeyd edib ki, hazırda Emin Əmrullayevə qarşı olan tənqidlər heç də şəxsi qərəzdən qaynaqlanmır. Partiya sədri vurğulayıb ki, nazir əgər bacarmırsa, uzaqlaşıb evində oturmalıdır:

 

"Həmin o tərbiyəsiz uşağın hərəkətinə qarşı ibrətverici addım atılmalıdır. Nəslindəki heç bir uşaq məktəbə buraxılmamalıdır. Həmçinin onun valideynləri işdən çıxarılmalıdır. Övladına düzgün tərbiyə verməyən ailə üçün ən kiçik cəza budur”. /yenicag.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”