MDU yeni dövrün universitetinə çevrilir

21:51 21-02-2024 | icon 287 | Təhsil
MDU yeni dövrün universitetinə çevrilir

Mingəçevir Dövlət Universiteti (MDU) ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında əməkdaşlıq uğurla reallaşdırılır.

 

Versus.az xəbər verir ki, bu gün Agentliyin TECHNEST təqaüd proqramının MDU-da icrasına start verilib.

 

TECHNEST təqaüdünü qazanan Mingəçevir Dövlət Universitetinin əməkdaşları və 34 tələbə 3.5 ay müddətində hibrid formada tədris olunacaq Şəbəkə İnzibatçılığı və Rəqəmsal Marketinq təlimlərində iştirak edəcək.

 

MDU-nun rektoru Şahin Bayramov Agentliyin layihə rəhbəri Gülnar Mirhüseynova, Code Factory MMC-nin icraçı direktoru Tariyel Dövlətov və Skillwill şirkətinin nümayəndəsi Səbinə Zülalova ilə birlikdə təlimin açılışını etdilər.

 

"Yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU ilə əməkdaşlığa və göstərilən dəstəyə görə Agentliyin sədri hörmətli İnarə Vəliyevaya və komandasına təşəkkürümüzü bildirir, MDU ailəsinin üzvlərini TECHNEST proqramının təqdim etdiyi imkanlardan maksimum faydalanmağa səsləyirik" - deyə rektor Şahin müəllim qeyd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM