ABŞ-də ağlasığmaz bədbəxt hadisə

09:44 22-02-2024 | icon 399 | Maraqlı
ABŞ-də ağlasığmaz bədbəxt hadisə

Çimərlikdə qazdığı xəndək kiçik qızı “uddu”

 

ABŞ-nin Florida ştatında bədbəxt hadisə baş verib. 5-7 yaşlarında olduğu güman edilən qız sahildə 5-6 fut dərinlikdə xəndək qazıb. Lakin xəndək çöküb və qızı “udub”, yanındakı 7 yaşlı oğlan uşağı isə sinəsinə qədər xəndəyə düşüb.

 

Xilasedicilər və yerli sakinlər dərhal yardım etməyə çalışsalar da, qızın həyatını xilas etmək mümkün olmayıb. Oğlanın vəziyyəti isə stabil olaraq qiymətləndirilir.

 

“Bu ağlasığmaz qəza idi”, - deyə Pompano-Biç çimərliyinin Yanğından Xilasetmə Xidmətinin nümayəndəsi Sandra Kinq bildirib.

 

Kinqin sözlərinə görə, xilasedicilər qızın yanına çatanda onun nəfəsi artıq dayanmış olub.

 

“Biz onun nəbzini qaytarmağa çalışmaq üçün bütün həyat qurtaran üsullardan istifadə etdik, lakin heç cür qaytara bilmədik”, - deyə o əlavə edib.

 

Qızcığazın qumun altında nə qədər qaldığı qeyri-müəyyən olaraq qalır.

 

Bununla bağlı yayılan videoda xilasetmə xidməti işçilərinin sağ qalan oğlan uşağını qum çuxurundan çıxararaq təcili apardıqlarını əks etdirlən kadrlar yer alıb.

 

Uşaqların yerli sakinlər, yoxsa çimərliyə gələn turistlər olduğu məlum deyil. Hazırda ölən uşağın yaşı ilə əlaqədar onun şəxsiyyəti açıqlanmır.

 

Hadisə ilə bağlı araşdırma davam edir.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM