“Xocalı soyqırımının 32-ci ilində başımız dikəldi”

13:01 25-02-2024 | icon 315 | Siyasət
“Xocalı soyqırımının 32-ci ilində başımız dikəldi”

Könül İsmayılova: “Xocalı öz övladlarını qarşılamaq üçün hazırlanır”

 

“Xocalı soyqırımının 32-ci ilidir. Soqyırımın 32-ci ilində Xocalının azadlığına nail olmaq, o tarixi torpaqlarımızda üçrəngli bayrağımızı dalğalandırmaq, məhz azad Xocalıda soyqırım qurbanlarını anmaq da tarixə yazıldı. Tarix yazan şəhidlərimizin ruhu şad olsun! Soyqırım qurbanlarının qanı yerdə qalmadı! Azərbaycan öz əzəli torpağını öz gücü ilə azad etdi”.

 

Versus.Az xəbər verir ki, bunu Xocalı soyqırımının 32-ci ili ilə bağlı fikirlərini şəxsi “facebook” hesabında yazan Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

 

Bu gün Azərbaycan, xalqımızın Xocalı soyqırımının ildönümünü bir başqa ruhda qeyd etdiyini, soyqırım qurbanlarının, şəhidlərimizin ruhunun fərqli şəkildə anıldığını deyən Könül İsmayılova bunun səbəbsiz olmadığını vurğulayıb:

 

“Bu gün soyqırım qurbanlarını bir başqa ruhda yad edirik. Xocalıda yenidən həyat başlayacaq, yeni-yeni xocalılar doğulacaq. Yenidən qurulacaq Xocalı bütövləşəcək. Burada yaşamağa başlayan insanlarımızın sönmüş ümidləri yenidən oyanacaq, qayğısız həyata başlayacaqlar. Bütün bunlarla yanaşı o müdhiş gecə, o şaxtalı qış gecəsində erməni vandallarının törətdikləri soyqırım heç vaxt unudulmayacaq. Çünki ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: - "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür". Və cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi: - “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”. Bu faktdır və tarixə qırmızı qanla yazılan soyqırım faciəsidir”.

 

 

K.İsmayılova ötən 32 il müddətində Xocalı soyqırımının dünyada tanıdılması üçün görülən işlərə diqqət çəkib:

 

“Bu 32 ildə bacardığımız qədər dünyanın kor gözlərini açmağa çalışdıq ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş verib. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Amma dünya bunları eşitmək, görmək, bilmək istəmir. Biz Azərbaycan olaraq necə ki, özümüz öz torpaqlarımızı işğaldan azad etdik, öz ərazi bütövlüyümüzə, suverenliyimizə nail olduq, Xocalı soyqırımını tanımaq istəməyənlərə də bu soqyırım aktını sonunda tanıdacağıq. Artıq Azərbaycan həmin Azərbaycan, xalqımız həmin xalq deyil. Və ölkə başçımız da özü nəyi nə vaxt etməyi yaxşı bilir. Biz isə bir yumruq kimi daim onun ətrafında sıx birləşəcəyik”.

 

Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadığını deyən K.İsmayılova 44 günlük vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbələrdən də bəhs edib:

 

“2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Prezidentimiz 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu gün Xocalı öz övladlarını qarşılamaq üçün hazırlanır. Bu böyük zəfərimizin nəticəsidir ki, bu gün Xocalı soyqırımı qurbanlarını əvvəlki illərdəki kimi başımız sinəmizə əyilmiş vəziyyətdə deyil, qalib dövlətin vüqarlı insanları kimi başı dik, əzmli yad edirik.

Allah şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun!”

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Məktəblərarası biologiya yarışması keçirilib

Ermənistan və bir sıra xarici ölkələrin mediasında Azərbaycanla bağlı YALAN MƏLUMATLAR

İqtisadi tarazlıq nə zaman pozulur?

Hüquqi şəxslərə dair yeni tələb müəyyənləşir