Şadlıq saraylarında yeni QAYDA

08:33 28-02-2024 | icon 210 | Cəmiyyət
Şadlıq saraylarında yeni QAYDA

Toy edən şəxslərdən şəxsiyyət vəsiqəsi tələb olunacaq

 

Bakıda 16 yaşlı qızın şadlıq saraylarından birində keçirilməsi nəzərdə tutulan toy mərasiminin qarşısı alınıb.

 

Xezerxeber.az-ın məlumatına görə, həmin restoranın administratoru şifahi olaraq bildirib ki, Sabunçu Rayon İcra Hakimiyyətindən onunla əlaqə saxlanılıb, toyun keçirilməməsi barədə xəbərdarlıq olunub.

 

Həmin toy qeyri-müəyyən müddətə təxirə salınıb.

 

Sabunçu Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, məkanın sahibi qızın azyaşlı olduğu haqqında məlumatı olmadığını bildirib. Bu səbəbdən də Sabunçu rayonu ərazisində yerləşən bütün toy məkanlarına, toy edəcək olan cütlüklərin öncə şəxsiyyət vəsiqələrini təqdim etmələri ilə bağlı göstəriş verilib.

 

Maraqlıdır, toy edən valideyn uşaqlarının şəxsiyyət vəsiqəsini təqdim etməkdən imtina edərsə, hansısa məsuliyyət tədbiri olacaqmı?

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən (DİN) bildirilib ki, toy məkanının sahibi əgər bəylə gəlindən şəxsiyyət vəsiqəsi tələb etməyibsə, şadlıq evlərini heç bir məsuliyyət gözləmir.

 

Ətraflı süjetdə:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”