"Son dövrlər Almaniya-Azərbaycan siyasi və iqtisadi əlaqələri ürəkaçan deyildi"

11:54 02-03-2024 | icon 386 | Siyasət
"Son dövrlər Almaniya-Azərbaycan siyasi və iqtisadi əlaqələri ürəkaçan deyildi"

Kamilə Əliyeva: “Almaniya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına çalışdı”

 

“Azərbaycan dünyada iqtisadiyyatı sürətlə inkişaf edən dövlətlərdəndir. Cənubi Qafqaz iqtisadiyyatının 70 faizi Azərbaycanda cəmləşir. Ölkəmizdə eyni zamanda xarici sərmayədarların da fəaliyyət göstərməsi üçün böyük imkanlar yaradılıb. Torpaqlarımız işğaldan azad edildikdən sonra siyasi sahədə olduğu kimi iqtisadi sahədə də böyük uğurlar qazanmaqdayıq”.

 

Versus.Az xəbər verir ki, bunu deputat Kamilə Əliyeva Prezident İlham Əliyevin ölkəmizdə səfərdə olan Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşünun müxtəlif aspektlərdəki əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.

 

Deputat qeyd edib ki, son dövrlər Azərbaycanla Almaniya arasında siyasi və iqtisadi əlaqələr o qədər də ürəkaçan deyildi:

 

“Artıq Almaniyanın siyasi dairələri də Azərbaycanla münasibətlərin həm siyasi, həm də iqtisadi cəhətdən normallaşdırılması və inkişaf etdirilməsinə böyük maraq göstərirlər. Almaniya Avropa İttifaqına daxil olan ölkələr arasında iqtisadi cəhətdən inkişaf edən ən qabaqcıl dövlətdir və ölkəmizin Avropanın enerji təhlükəsisliyində mühüm rol oynamasını qəbul edir. Digər tərəfdən, Almaniya Avropa İttifaqının iqtisadi siyasətini müəyyənləşdirən bir dövlətdir. Almaniyanın geniş tərkibdə aparıcı şirkət rəhbərlərindən ibarət heyətinin Azərbaycana səfəri bu dövlətin ölkəmizə artan marağının nümunəsidir”.

 

K.Əliyeva eyni zamanda qeyd edib ki, Prezident İlham Əliyevin Alman iqtisadiyyatının Şərq Komitəsinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi iki ölkə arasında iqtisadi əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu göstərir:

 

“Almaniya şirkətləri enerji sektoru ilə yanaşı iqtisadiyyatın digər sahələrində də ölkəmizlə əməkdaşlıq etməyə böyük maraq göstərir və bunun üçün yaxşı imkanların olduğunu qeyd edirlər. Siyasi sahədə də Almaniyanın Azərbaycanla əlaqələrin yaxşılaşdırılmasına üstünlük verdiyinin şahidi oluruq. Münhen Təhlükəsizlik Konfransında Almaniya kansleri Şolsun vasitəçiliyi ilə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistanın baş naziri Paşinyan arasında keçirilən görüşdə Almaniyanın neytral mövqe nümayiş etdirməsinin şahidi olduq. Fevralın 28-də Almaniyanın xarici işlər nazirinin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Mirzoyan arasında, daha sonra isə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin ikilikdə görüşü keçirildi. Almaniya xarici işlər nazirinin hər iki ölkənin xarici işlər nazirləri ilə də təkbətək görüşü keçirildi. Görüşlərdən sonra verilən ilkin açıqlamalar görüşlərin müsbət istiqamətdə keçirildiyinə gətirib çıxarır”.

 

Deputat məhz bu kontekstdə Almaniyanın həqiqətən də neytral mövqedə çıxış etdiyini Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına çalışdığını önə çəkib:

 

“Ümid edirəm ki, Berlində Almaniyanın vasitəçiliyi ilə baş tutan bu görüşlər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində mühüm bir addım olacaq”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq