“Azərbaycan bu layihələrlə dünya dövlətləri arasında ön sıradadır”

13:26 05-03-2024 | icon 311 | Siyasət
“Azərbaycan bu layihələrlə dünya dövlətləri arasında ön sıradadır”

Könül İsmayılova: “Bu, Azərbaycan Prezidentinə olan inamdan, etimaddan xəbər verir”

 

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarından sonra "Euronews" televiziyasına müsahibə verib.

 

Prezidentin müsahibəsini şərh edən Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib ki, ölkə başçısının jurnalistlərə verdiyi məlumatlarda güc dövlətlərinə mesajlar da oldu:

 

“Ölkə başçımız uzunluğu 3500 km olan Cənub Qaz Dəhlizinin bölgədə yerləşən dövlətlərlə yanaşı bir sıra Avropa dövlətlərinin enerjiyə olan tələbatının ödənilməsinə böyük töhfə olduğunu vurğuladı. Bəli, danılmaz faktdır ki, Azərbaycan qazına olan tələbat hər il artır. Heç şübhəsiz ki, Azərbaycanda hasil edilən təbii qazın həcmi artdıqca, digər dövlətlərə də qaz ixracı həyata keçiriləcək. Ölkə başçısının da qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün aparıcı maliyyə institutları, bir sıra dövlətlər və böyük şirkətlər dəstək olur. Bu, Azərbaycan Prezidentinə olan inamdan, etimaddan xəbər verir”.

 

K.İsmayılova Prezidentin dünyada baş verən iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması istiqamətində Azərbaycanda görülən işlər barədə verdiyi məlumata da diqqət çəkib:

 

“Azərbaycan yaşıl enerji istehsalı sahəsində həyata keçirdiyi layihələrlə dünya dövlətləri arasında ön sıradadır”.

 

 

SEVDA
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”