MMP Parlament partiyası ola bilər

12:59 13-03-2024 | icon 283 | Siyasət
MMP Parlament partiyası ola bilər

Hafiz Hacıyev: "Seçkinin vaxtı bilinən kimi, təbliğat-təşviqat işlərinə başlayacağıq”

 

Növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi gündəmdədir. Qanunvericiliyə görə, parlamentin səlahiyyət müddəti 5 ildir, ancaq 98-1-ci maddədə qeyd olunur ki, növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Artıq bəzi siyasi partiyalar növbədənkənar parlament seçkiləri ilə bağlı hazırlıqlar görürlər.
 

Məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev seçkilərə hazır olduqlarını deyib.

 

MMP sədri qeyd edib ki, bu dəfə parlament partiyası olmaq üçün əllərindən gələni edəcəklər:

 

"Müasir Müsavat Partiyası olaraq biz həmişə seçkilərə hazırıq. Çünki hər bir partiyanın məqsəd və məramı seçkilərdə iştirak etməkdir. Prezident seçkilərində partiyamız çox fəal iştirak etdi və ölkə başçısı cənab İlham Əliyevə səs verilməsi üçün geniş təbliğat-təşviqat işləri apardı. Biz bundan sonra keçiriləcək seçkilərdə iştiraka hazırıq. Seçki ilə bağlı nə zaman qərar verilsə, həmin andan da seçki qərargahımız fəaliyyətini davam etdiricək. Bundan sonra bələdiyyə seçkiləri və referandum məsələləri də var. Düşünürəm ki, seçki çox normal və demokratik keçiriləcək. Partiyamızın parlamentdə təmsil olunması üçün əlimizdən nə gəlirsə, edəcəyik. Seçkinin vaxtı bilinən kimi, təbliğat-təşviqat işlərinə başlayacağıq”.

 

H.Hacıyev parlamentdə nə qədər üzvlə təmsil olunmaqla bağlı məsələyə də toxunub:

 

“Seçkinin hansı formada olacağını bilmirik. Söhbət gəzir ki, seçkilər proporsional qaydada təşkil olunacaq. Seçki qərarı veriləndən sonra məsələ daha da aydın olacaq. Lakin parlamentdə dövlətçiliyi müdafiə edə biləcək kifayət qədər ziyalılarımız, ləyaqətli insanlarımız, gənclərimiz var. Onların parlamentdə təmsil olunmasına çalışacağıq. Əminəm ki, bu dəfə partiyamız parlament  partiyası olacaq. Dövlətçiliyimizi parlamentdə müdafiə etməkdən ötrü böyük səylər göstərəcəklər. Layiqli namizədlərimiz var”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”