Rusiya Fransanı ciddi qəbul etmir?

09:30 16-03-2024 | icon 643 | Geopolitika
Rusiya Fransanı ciddi qəbul etmir?

Vüqar Dadaşov: "Ermənilər Fransanın Ermənistan üçün təhlükə yaratdığının fərqindədir"

 

"Fransanın Ukrayna cəbhəsində Rusiyaya qarşı apardığı siyasət, beynəlxalq təhlükəsizlik üçün nə qədər təhdid və riskli olsa da, Azərbaycanın maraqlarının təmin edilməsi üçün əlverişli şərait yaradır".

 

Bunu Versus.Az-a açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, hüquqşünas Vüqar Dadaşov bildirib.

 

Vüqar Dadaşov qeyd edib ki, Makronun Fransa ordusunun Ukraynaya müdaxiləsinin mümkünlüyünə Rusiya tərəfinin adekvat şəkildə cavab verməməsi, Rusiyanın məsələni ciddi qəbul etməsindən irəli gəlir. Onun sözlərinə görə, Fransanın Ukraynaya daxil olması NATO-nun müharibəyə qoşulması deməkdir:

 

"Prosesin bu istiqamətdə inkişafı sözsüz ki, Rusiyanı narahat etməyə bilməz. Hər bir halda, Rusiyanın tez-tez nüvə silahından istifadə hədəsinin artıq keçərli olmaması da görünür. Fransanın Rusiyaya qarşı açıq düşmənçilik siyasəti həm Ukraynada, həm Cənubi Qafqaz istiqamətində, ümumən isə beynəlxaq müstəvidə lider pozisiyada durması, əsasən Fransanın Rusiya tərəfindən Afrika qitəsindən sıxışdırmasına cavab, Cənubi Qafqazda yerləşməsi beynəlxalq nüfuzunun bərpası və kompensasiya kimi istəklərinə söykənir. Əlbəttə ki, Fransa ümum Avropa, Qərb maraqlarını əldə bayraq etsə də, əslində isə öz maraqlarının təmini üçün Avropa, Qərb, NATO şitindən istifadə edir. Məhz bu səbəbdən də Almaniya, Macarıstan, İtaliya kimi bəzi ölkələr Fransanın Ukraynada NATO-nun iştirak məsələsində əleyhinə çıxır".

 

Fransanın Cənubi Qafqaz siyasətinə gəlincə, V.Dadaşov hesab edir ki, artıq ermənilər Ermənistanın yaxın müttəfiqi kimi görünən Fransanın birinci elə Ermənistanın özü üçün ən böyük təhlükə yaratdığının fərqindədir və bu fikirlər Ermənistanda geniş yayılmaqdadır:

 

"Gizli deyil ki, Fransanın Ermənistana dəstək siyasəti Rusiyanın regiondan çıxarılması və özünün Cənubi Qafqazda oturuşmasından ibarətdir".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq