"Qarşıdurma olarsa, artıq Ermənistanın dövlətçiliyi olum-ölüm ərəfəsində olacaq"

20:24 05-04-2024 | icon 201 | Siyasət
"Qarşıdurma olarsa, artıq Ermənistanın dövlətçiliyi olum-ölüm ərəfəsində olacaq"

Fəzail Ağamalı: “Avropa, Qərb təsisatları Azərbaycana təsir edə bilmirlər”

 

Avropa İttifaqının, Qərbin regionla bağlı qurduğu oyunların yaratdığı gərginlik yüksək fazada davam edir. Aprelin 5-də Ermənistan baş naziri ilə Brüssel görüşünün təşkili bu güclərin Qafqazla bağlı planlarının tərkib hissəsi kimi qabarır.

Avropa İttifaqının, Qərbin bugünkü Ermənistan sevdası nə ilə bağlıdır?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən deputat Fəzail Ağamalı Avropanın, Qərbin regionla bağlı niyyətinin Rusiyanı Cənubi Qafqazdan çıxarmaq olduğunu bildirib.

 

Rusiyanın Cənubi Qafqazda yalnız Ermənistanda olduğunu deyən deputat Qərbin Ermənistan vasitəsi ilə regionda məskunlaşmaq, geosiyasi, iqtisadi maraqlarını təmin etmək üçün bütün vasitələrə əl atdığını önə şəkib. Onun fikrincə, bütün bu oyunların kökündə geosiyasi, geoiqtisadi əhəmiyət daşıyan Zəngəzur dəhliz dayanır və onun üzərində iki əsas dövlətin -Azərbaycan və Ermənistanın ciddi təsiri var:

 

“Avropa, Qərb təsisatları Azərbaycana təsir edə bilmirlər. Çünki Azərbaycan müstəqil siyasət aparır və kifayət qədər məsuliyyətli, ləyaqətli, özünə hörmət edən dövlət lideri var. Ermənistan isə Qərbin, Avropanın əlində marianetkadır, başqalarına xidmət etməyə üstünlük verən etnosdur. Bu keyfiyyətləri özünün dövlətçilik ənənəsi olmayan Ermənistanın dövlət siyasətində ifadə edilir. Qərb bir tərəfdə Rusiyanın Cənubi Qafqaz mövqeyinə zərbə vurub onu bölgədən çıxarmaq, digər tərəfdən isə Azərbaycana təsir edərək onu öz geosiyasi maraqlarına tabe etmək məqsədi güdür. Ona görə də Ermənistan vasitəsilə Azərbaycana təzyiqlər göstərir, onu gərginliyi saxlamaq üçün stimullaşdırırlar”.

 

F.Ağamalı bütün bunlarla yanaşı bu oyunlarla Azərbaycana təsir etməyin mümkünsüz olduğunu və nəticə etibarilə Ermənistanın uduzacağını deyib. Eyni zamanda Fansanın “Le Fuqaro” qəzetində Azərbaycan dövlətinə və Prezidentə qarşı əsassız iddialara diqqət çəkib:



“Ölkə Prezidentinin Fransa -Azərbaycan münasibətlərində sərgilədiyi mövqe Makronu əsəbləşdirir. Çünki Afrika və digər bölgələrdə həyata keçirdiyi özbaşına, yeni kaloniya siyasətini, müstəmləkəçilik xəttini Azərbaycanda həyata keçirə bilmədiyi üçün özünü narahat hiss edir, aqressivləşir”.

 

Deputat Azərbaycanın Bakı Palatformasında Fransanın müstəmləkə siyasətini ifşa etmək üçün ardıcıl mövqe nümayiş etdirdiyini qeyd edib. O, bunun Fransanı narahat etdiyini, qıcıqlandırdığını və buna görə də ölkə prezidentinə, hətta ictimai, siyasi tarixi şəxsiyyət Xurşudbanu Natavana qarşı şərəfsiz, ləyaqətsiz hərəkətlərə yer verməsi ilə üzə çıxdığını qeyd edib.

 

F.Ağamalı hesab edir ki, Avropanın Rusiyanı bölgədən çıxışdırmaq, Ermənistanı silahlandırmaqla üzərindən regionda möhkəmlənmək istəyi və nümayiş etdirdiyi qərəz, yaratdığı gərginlik və Ermənistanla hərbi pakt imzalamaq istəyi bölgədə müharibə riskini artıra bilər:

 

“Bu gün 8 kəndin Azərbaycana qaytarılması ilə bağlı Ermənistanda fərqli fikirlər var. Paşinyan komandası ilkin mərhələdə 4 kəndin qaytarılmasını məqbul saysa da, hərbi rəhbərlikdə buna qarşı əks mövqelər var. Ona görə də yeni eslokasiyanın baş verməsini istisna etmirəm. Azərbaycan artıq 8 kəndin bütünlüklə azad edib həmin ərazilərdə öz bayrağını asmalıdır”.

 

Avropa İttifaqı, ABŞ, Ermənistan rəsmilərinin aprelin 5-də keçiriləcək görüşünə diqqət çəkən deputat burada təhlükəszlik təminatı adı altında Ermənistanı silahlandırma niyyətinin olduğunu deyib:

 

“Fransa, Yunanıstan, İran, Hindistan və hətta Rusiyanın özü erməni milyaderlərinin əli ilə Ermənistanı silahlandırmağa güclü meyl göstərir. Bu məkirli qüvvələrin maraqlarına uyğundur. Çünki onlar cəmiyyəti revanşizmlə zəhərləyirlər. Paşinyan özü də maskanmış revanşistdir. Paşinyanın Azərbaycan torpaqlarını işğal edib tarixdə erməni qəhrəmanı kimi qalmaq istəyi ola bilir. Təbii ki, bu mümükün deyil. Bu dəfə qarşıdurma olarsa, artıq Ermənistanın dövlətçiliyi olum-ölüm ərəfəsində olacaq”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM