“Bu görüş regionda təxribatlara hesablanır"

20:31 05-04-2024 | icon 285 | Siyasət
“Bu görüş regionda təxribatlara hesablanır"

Arzu Nağıyev: "Üçlünün görüşü sülh müqaviləsinin imzalanmasına maneə törədən məsələlərdən biridir”

 

“Qərbin, Avropanın dəstəyi ilə hansısa alyansın, silahlı qurumların yaranması ancaq yeni-yeni təxribatlara yol aça bilər. Burda söhbət Qərb, Avropadan Ermənistana müxtəlif çaplı silah-sursatın daşınmasından gedir. Bu Rusiyanın mövqelərinin əleyhinədir”.

 

Versus.Az xəbər verir ki, bunu deputat Arzu Nağıyev son vaxtlar Ermənistanın Naxçıvanla sərhəddə atəşkəsi pozması, eləcə də Ermənistanın silahlandırılması və ABŞ, Avropa İttifaqı rəsmilərinin Brüsseldə erməni baş naziri ilə görüşü ilə bağlı açıqlamasında bildirib.

 

A.Nağıyev regionda cərəyan edən bu proseslərin bir-biri ilə bağlı olduğunu qeyd edib. Onun fikrincə, Naxçıvan sərhəddində baş verən son hərbi təxribatlar məqsədyönlü şəkildə törədilir:

 

“Çünki bugünkü əsas istiqamət Zəngəzur dəhlizinin açılışı, 8 kənddən biri -Kərkinin azad olunması ilə bağlıdır.
Ermənistan şərti sərhəddə itirdiyi mövqelərini bərpa etmək istəyir. Məhz buna görə də qoşun hissələrinin yerdəyişməsini aparır, təlimlər keçirirlər”.

 

Deputat hesab edir ki, regionda sülhün bərqərar olunması üçün mütləq şəkildə sülhə doğru addımlar atılmalıdır:

 

“Azərbaycan daim buna hazırdır. Ermənistan da başa düşməlidir ki, ondan istifadə olunur”.

 

Deputat eyni zamanda ABŞ baş katibi Antoni Blinkenin Prezident İlham Əliyevə etdiyi zəngə, verdiyi izahata diqqət çəkib:

 

“Global güclər Azərbaycanın regiondakı gücünü görür və onunla hesablaşırlar. Amma Blinkenin Prezidentə zəng edib bunun sırf iqtisadi xarakterli görüş olmasını deməsi reallıqdan uzaqdır. Ona görə də cənab Prezident birmənalı şəkildə onların cavabını verərək göstərdi ki, bu görüş regionda təxribatlara hesablanır, sülh müqaviləsinin imzalanmasına maneə törədən əsas məsələlərdən biridir”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM