"Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır"

12:19 06-04-2024 | icon 359 | Siyasət
"Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır"

Kamilə Əliyeva: "Azərbaycan bir sıra dövlətlərdə böyük investisiya layihələri həyata keçirir"

 

"Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır. Ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması eləcə də ölkə daxilində həyata keçirilən beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin uğurlu icrası dünya dövlətləri tərəfindən Azərbaycana marağı artırmışdır. Artır Afrika dövlətləri də Azərbaycanla siyasi, iqtisadi əlaqələrin qurulmasına böyük əhəmiyyət verirlər. Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana səfər etməsi bunun bariz nümunəsidir".

 

Bunu Versus.Az-a Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri ilə bağlı açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva bildirib.

 

Deputat Prezident İlham Əliyevin Konqonun Prezidenti ilə görüşdən sonra mətbuatdakı bəyanatla çıxışına diqqət çəkib:

 

"Azərbaycanla Konqo arasında imzalanmış Əməkdaşlıq haqqında Bəyannamə iki ölkə arasında dostluq əlaqələrinin yüksəlməsinə böyük təkan verəcək və uğurla inkişaf etdirilməsinə zəmin yaradacaq. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Konqo dövləti hər zaman Azərbaycana öz dəstəyini göstərmişdir. Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə təşkilat beynəlxalq aləmdə nüfuzlu bir quruma çevrilmişdir. Məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platforması yaradılmışdır. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə dünyada neokolonializmə qarşı mübarizə məsələləri ön plana çəkilmişdir. Neokolonializmə qarşı Azərbaycanın təşəbbüsü ilə yaradılmış Bakı Təşəbbüs Qrupunun fəaliyyəti də dünyada böyük hörmət qazanmışdır".

 

K.Əliyeva qeyd edib ki, Azərbaycan bir sıra dövlətlərdə böyük investisiya layihələri həyata keçirir:

 

"Azərbaycanla Konqo arasında imzalanmış sənədlərə əsasən ölkəmiz Konqo iqtisadiyyatının bir sıra sahələrinə investisiya yatırmaq haqqında razılığa gəlmişdir. Azərbaycanla kənd təsərrüfatı, mədənçilik, energetika, bərpa olunan enerji sahələrində Konqo dövləti ilə əməkdaşlıq əlaqələri qurulacaq və inkişaf etdiriləcək. Azərbaycanla Konqo arasında yüksək səviyyəli əlaqələr gələcəkdə iki dövlət arasında strateji əməkdaşlığın yaranmasına zəmin olacaq".

 

T.Qafarlı
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM