“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

13:05 09-04-2024 | icon 439 | Siyasət
“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Ramil Hüseynov: “Bu cür çıxışlar özünü böyük dövlət sayan İrana yaraşmaz”

 

“İranın Azərbaycan torpaqlarının erməni təcavüzü altında olduğu, eləcə də işğal faktının aradan qaldırıldığı zaman Ermənistanı dəstəkləyən bəyanatları, bu prosesdə “qırmızı cizgiləri”ndən danışması, İsrail-Azərbaycan münasibətlərini bəhanə edərək ölkəmizə qarşı etdiyi təhdidləri yeni deyil. Belə olduğu halda İranın Ermənistan, ABŞ, Avropa İttifaqı rəsmilərinin Brüssel görüşünə susması da bu prosesin davamı kimi dəyərləndirilməlidir”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov bildirib.

 

Mərkəz rəhbəri qeyd edib ki, İran indiyə qədər Ermənistanın Azərbaycana qarşı apardığı işğala, təcavüzə qarşı, eləcə də regionda cərəyan edən proseslərlə bağlı qətiyyətli və ədalətli mövqe sərgiləməkdən çəkinib, yaxud da maraqlı olmayıb:


“Əhalisinin yarıdan çoxu azərbaycanlı olan İran İslam dövləti bəzən radikal, bəzən də incə formada Azərbaycana qarşı yönələn təsirlərə, mövqelərə qarşı özünün susqunluğunu ifadə edib. Bu, İran və onun yanında olan digər dövlətlərin Azərbaycanın regionda yaratdığı yeni reallığı, gücünü, qüdrətini, son illər həyata keçirdiyi hərbi uğurları həzm edə bilməməsinin təzahürüdür”.

 

R.Hüseynov Azərbaycana qarşı yönələn aqressiv, qısqanc yanaşmalara, Brüssüel görüşünə qarşı Rusiya və Türkiyədən verilən bəyanatlara diqqət çəkib. Bildirib ki, bu ölkələr qeyri-regional dövlətlərin prosesə qarışmasının mənfi fəsadlar doğuracağını ifadə edib. Eyni zamanda Azərbaycanın məlum üçlü görüşlə bağlı ciddi xəbərdarlığını, ABŞ-ın, Avropanın səlahiyyətli şəxslərinin Prezidentə zəng edərək izahat verməsini regionda sabitliyin təhlükə altında olduğunu göstərən amillərə qarşı verilən reaksiyanın adekvat olduğunu göstərib:


“Qeyri-regional ölkələr Ermənistanı oyuna gətirib prosesdə ciddi dönüşə nail olmaq istəyir. İran bu ssenaridə qızışdırıcı rol alıb. Qərbin, Avropanın, İranın regionla bağlı maraqları getdikcə daha çox açığa çıxır. Son zamanlar Ermənstanın havadarlarının dəstəyi ilə Azərbaycanla şərti sərhədə yığdığı hərbi texnikanın mahiyyətini düzgün dəyərləndirmək lazımdır. Brüssel görüşü Avropadan, Qərbdən Ermənistana gətiriləcək yüklərin İran üzərindən keçirilməsini təmin edə bilər. Bu, həm İrana qazandıracaq, həm də regionda Azərbaycanın güclənməsi qorxusunu bir qədər azaldacaq. Bütün hallarda regionda sabitliyin pozulmasına yönələn sərsəm, sarsaq addımlara qarşı cavabımız daha ağır olmalıdır. Məsələyə birdəfəlik son qoyulmalıdır. Regionda təhlükəsziliyi, sülhü istəyən tərəfdaş ölkələrlə lazımı addımlarımızı atmalıyıq”.

 

R.Hüseynov bildirib ki, bu gün bəzi Avropa, Qərb dövlətlərinin Ermənistana dəstəyi qəbuledilməzdir. Mərkəz rəhbəri hesab edir ki, Qərb, Avropanın araşdırmaçı təsisatları regionda gedən proseslərdə kimin haqlı, kimin haqsız olduğunu yaxşı bilir və bu gün revanşizmi dəstəklləyən addımları region maraqlarından irəli gəlir. Ermənistana dəstək verən qüvvələr dünyanın gözü qarşısında ifşa olunur, ikiüzlü siyasətləri üzə çıxıb.

 

R.Hüseynov bu prosesdə İranın Azərbaycana qarşı hədələyici çıxışlarını “qorxaqlıq” hissi ilə əlaqələndirib. Onun sözlərinə görə, İran tərəfindən bu cür hədələr bizi daha çox mənəvi baxımdan narahat edir. Çünki İranla qonşu olmaqla yanaşı, tarixi milli-mənəvi bağlılığımız, köklərimiz var:

 

“Azərbaycan dövləti öz ölkəsinin maraqlarını təmin etmək, dövlətin milli təhlükəsizliyini qorumaq üçün bir sıra ölkələrlə siyasi, iqtisadi tərəfdaşlığa malikdir. Bu əlaqələr heç də hər hansı ölkəyə qarşı deyil.
İran nədənsə guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır. İranın Azərbaycana qarşı bu cür hədələrinin də sonu olmalıdır. Bu təhdidlərlə Azərbaycanı öz strategiyasından yayındırmaq məqsədi güdürlər. Bu cür çıxışlar özünü möhtərəm, böyük dövlət sayan İrana yaraşmaz. Azərbaycanın özgüvəni, diplomatik, siyasi addımları, bütün bu proseslərin həyata keçirilməsi təsirlərdən, təhdidlərin yan ötməsi üçün ciddi imkanları var. Biz bu imkanlardan maksimun istifadə edərək regionda öz maraqlarımızın təmin edilməsi, sülhün bərqərar olması, təhlüksəziliyin təmin olunmasını tərəfdaş ölkələrlə birgə uğurla sona çatdıra biləcəyik”.

 

TAHİRƏ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM