Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

14:32 09-04-2024 | icon 342 | Cəmiyyət
Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

"Prezidentimizə, ordumuza güvənirik, daha qorxmuruq"

 

Ermənistan silahlı qüvvələri ötən gün gecə saatlarında Laçın rayonunu istiqamətində atəşkəsi pozub. Rəsmi məlumata görə, düşmənin Gorus rayonunun Xoznavar, Xanazax, Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Sadınlar, Hüsülü, Malıbəyli və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqeləri müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulub.

 

Qeyd edək ki, Laçın "Böyük Qayıdış" prosesi çərçivəsində keçmiş məcbur köçkünlərin qayıtdığı əsas yaşayış məntəqələrindən biridir. Laçın şəhəri və Zabux kəndlərinə minlərlə sakin köçürülüb və onlar hazırda da orada yaşayırlar.

 

Modern.az saytı Ermənistanın son təxribatı ilə əlaqədar hazırda Laçında yaşayan insanların fikirini öyrənib.

 

 

 

35 yaşlı Laçın sakini Ziyadxan Məmmədov heç bir qorxu hissi keçirmədiyini vurğulayıb:

 

“Avqustun 26-dan Zabux kəndinə köçmüşük. Ordumuza, dövlətimizə, Ali Baş Komandanımıza güvənib bura gəlmişik. Heç bir qorxu-ürkü də yaşamırıq. Gündəlik həyatımıza davam edirik. Heç bir çətinliyimiz də yoxdur. İndi mən dükana gedib alver edəcəm. Axşam iftar süfrəsi açacağıq, sabah Ramazan bayramını qeyd edəcəyik. İnsanlarımız həyət-bacasında işləyir. Mən şəxsi təsərrüfatımda kartof və ağac əkmişəm. 31 ildən sonra vətənimizdə yaşayırıq. Bundan gözəl nə ola bilər? 1990-cı illərin əvvəlləri deyil ki, kimsə bizi qorxutsun, aldatsın və bizi buradan çıxartsın. Ordumuza, dövlətimizə, dövlət başçımıza inamımız tam və sonsuzdur”.

 

64 yaşlı Laçın sakini İsmayıl Ağayev də atəşkəsin pozulmasına görə həyəcan və stress keçirmədiklərini söyləyib:

 

 

 

“Laçında hər şey gözəldir. Gözəl hava var. Camaat həyətyanı sahəsində əkin-biçinlə məşğuldur. Təmizlik işləri görürlər. Ordumuza, dövlətimizə inanırıq. Ölkəmizdə ictimai-siyasi sabitlik var. Ermənistandadakı kimi xaos, hərc-mərclik deyil ki, iki güllə atılan kimi həyacanlanıb stress keçirək. Allah şəhidlərimizə rəhmət eləsin, bu sevinci bizə yaşadan bütün Ordumuza və cənab Prezidentə minnətdarıq. Bu yerlərin əsl sahibləri kimi Laçında oturmuşuq. Ermənilər güman eləməsin ki, 1992-ci ildəki kimi olacaq. Bu gün Azərbaycanda dövlət-xalq birliyi var. Hər hansı başıpozuqluqdan, xaosdan söhbət gedə bilməz. Biz laçınlıyıq, məğrur olmuşuq. Dağlar qədər qüdrətimiz var".

 

77 yaşlı laçınlı Elbrus Sadıqov ordumuza güvəndiyini deyir:

 

“Mən narahat deyiləm. Dövlətimizə tam arxayınam. Qəhrəman, yenilməz Ordumuz var. Düşmənə layiqli cavabını verəcək. Antiterror tədbirləri olanda mənə dedilər ki, “ağsaqqal adamsan, sən çıx get!”. Dedim ki, heç yana gedən deyiləm, dövlət bizi qoruyur. Belə Ordusu olan qorxu keçirməz. Şəxsən mən heç nədən qorxub çəkinmirəm. Allah Ordumuzu qorusun, cavanlara can sağlığı versin. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Onların sayəsində torpağımıza gəlib çıxdıq. Allah cənab Prezidentimizə can sağlığı versin!".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM