“Qarabağın Rəngləri”: Qarabağ Dirçəliş Fondunun yeni layihəsi

19:51 09-04-2024 | icon 256 | Cəmiyyət
“Qarabağın Rəngləri”: Qarabağ Dirçəliş Fondunun yeni layihəsi

Qarabağ Dirçəliş Fondu (QDF) ölkə ictimaiyyətinin işğaldan azad edilmiş ərazilərin bərpası kimi mühüm bir missiya ətrafında birləşərək bərpa və quruculuq işlərinə töhfə verə bilməsi və ən əsası bu torpağın gözəlliyinin və Azərbaycan xalqının mədəni irsinin təbliğ olunması məqsədilə “Qarabağın Rəngləri” (https://colorsofkarabakh.com/) adlı yeni layihəsini təqdim edir.



Qarabağ Dirçəliş Fondundan Versus.Az-a verilən məlumata görə, layihə çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi olan 23 nəfər istedadlı gənc rəssam və heykəltaraş tərəfindən Qarabağın ruhunu özündə birləşdirən sənət əsərləri - 19 rəsm və 4 heykəl yaradılıb.



Həmin gənc rəssam və heykəltaraşlar 200-dən artıq Akademiya tələbələri arasında keçirilən açıq müsabiqə vasitəsi ilə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyev və Akademiyanın prorektoru, Xalq rəssamı Səlhab Məmmədov kimi təsviri incəsənətimizin məşhur simalarından ibarət olan münsiflər heyəti tərəfindən seçilib.



Yaradıcılıqla bağlı tələb olunan bütün xərclər (o cümlədən kətanlar, rənglər, materiallar, çərçivələr və s.) və tələbələr üçün xüsusi təqaüdlər Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə qarşılanıb.



Qeyd edək ki, Qarabağa olan hədsiz sevgidən ilhamlanaraq hazırlanan və Qarabağın sarsılmaz ruhunun ifadəsi olan sənət əsərlərinin bir hissəsi artıq satışa çıxarılıb. Qalan hissəsinin isə yaxın gələcəkdə xüsusi qala gecəsi çərçivəsində təşkil olunacaq xeyriyyə hərracı vasitəsilə satışa çıxarılması nəzərdə tutulub. Daha sonra işlər Bakının ən məşhur qalereyalarından birində xüsusi təşkil ediləcək sərgidə geniş ictimaiyyət üçün nümayiş olunacaq.



Əsərlərin satışından toplanan bütün vəsait Ağdam rayonunun ərazisində yerləşən və hazırda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə bərpa olunan Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.



Qeyd edək ki, əsərləri əldə etmək üçün birbaşa Qarabağ Dirçəliş Fonduna ianə etmək kifayətdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM