“İranın bu təhdidləri yeni deyil”

20:34 09-04-2024 | icon 312 | Siyasət
“İranın bu təhdidləri yeni deyil”

Turan Rzayev: “İranın İsrail səfirliyini hədəfləməsi təşviş yaratmaq məqsədi daşıyır”

 

“Tehran regionda sabitliyin olmasında maraqlı deyil. İranın Brüssel görüşünə səssiz qalması regionda sülhün əldə edilməsinə qarşıdır”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Turan Rzayev bildirib.

 

Politoloq qeyd edib ki, İran Qərbin regiona gəlişi ilə Rusiyanın təsir dairəsinin zəifləyəcəyini və özünün bölgədə təsiretmə gücünə sahiblənəcəyini düşünür:

 

“Qərb və İran bir çox sahələrdə qarşı qarşıya gəlsə də, Cənubi Qafqazda maraqları uzlaşır və Ermənistanla ortaq hərəkt edə bilirlər”.

 

İranın Bakıda yerləşən İsrail səfirliyini hədəfə almasına gəlincə, T.Rzayev bu təhdidlərin yeni olmadığını deyib:

 

“İran əvvəl də iddia edirdi ki, Azərbaycan İsraillə birlikdə ona qarşı hərəkət edir. Amma reallıq budur ki, Azərbaycan öz qonşularına qarşı ərazisini ikinci, üçüncü ölkələrə açmır. Buna baxmayaraq İran bizi daim İsrail səfirliyini vurmaqla hədələyir. Məsələ sırf İsrailə zərbə vurmaqdırsa, bunu Azərbaycanda yox, Ermənistanda da edə bilərlər”.

 

Politoloq hesab edir ki, İranın İsrail səfirliyini hədəfə alması daxili auditoriyanı təşvişə salmaq məqsədi daşıyır.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM