Radikalların QRANT SAVAŞI BAŞLAYIR

21:58 15-04-2024 | icon 237 | Siyasət
Radikalların QRANT SAVAŞI BAŞLAYIR

Fuad Əliyev: "Siyasi “aktivlik” xaricdən gələn impulsla yaradılıb"

 

“Virtual həyat real həyatdan çox fərqlidir. Sosial şəbəkələrdə 5-10 nəfərdən “like” alanlar real həyatda heç tanınmırlar".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında siyasi şərhçi Fuad Əliyev bildirib:

 

 

“Yadımdadır ki, 2016-ci ildə “Milli Juliklər” sosial şəbəkələrdə bir sual qoymuşdular: 11 sentyabrda mitinqdə iştirak edəcəksən? 70 minə yaxın insan iştirak edəcəyini bildirdi. Reallığda isə heç 500 nəfər gəlmədi. Bu 500 rəgəmi hakimiyyət hörmət edərək elan etdi. Mitinq keçirilən yerin ətrafında yaşıyanları da qatdı. Əslində heç 100 nəfər də olmayıb. Bu mitinq məsələsi Əli Kərimlinin “çörək ağacıdır”. Kim xaricə gedib sığınacaq almaq istəyirsə evi, maşını, nəyi var satıb pulu Əli Kərimliyə verirdi. Əli Kərimli də bir 30-40 nəfər belə adamların pullarını götürüb mitinq təyin edirdi. Mitinqdə gedib poza verib şəkil çəkdirirdi. Sonrada bu şəkilləri öz “ağalarına” göndərib, əvəzinə yüz minlərlə qrant alırdı. Həm gedən adam razı galırdı, həm də xaricilər. Necə deyərlər: Həm ticarət, həm ziyarət”.

 

F.Əliyevin sözlərinə görə “radikallar” üçün daxili amillər önəmsiz olub:

 

“İllərlə olan təcrübə göstərir ki, “radikal” düşərgə üçün ölkədaxili amillər önəmsiz olub. Siyasi “aktivlik” xaricdən gələn impulsla yaradılıb. İndiki durumda bu simptom özünü daha qabarıq göstərir. “Radikalların” son davranışları Avropa İttifaqının bəyanatları, Avropa Parlamentində keçirilən qərəzli müzakirələr, ABŞ, Fransanın Azərbaycana təzyiqlərdən sonra baş verir. Hamıya aydındır ki, bu mitinq keçirmək “həvəsi”nin vətəndaşa heç bir aidiyyəti yoxdur. Bu “radikallar” öz aralarında “qrant savaşına” çıxıblar. Görünür Əli Kərimlinin Londonda yaşayan yaxınlarına göndərməyə pul tapmadığına görə mitinq təyin edib”.

 

Ekspert qeyd edib ki, müdrük xalqımız bu “Milli Juliklərin” əsl simalarını yaxşı tanıyır:

 

"“Milli Juliklər” bu dəfə də Azərbaycanda qarşıdurma, xaos, sabitliyi pozmaq tapşırığını alıblar. Bunlara sual vermək lazımdır: Niyə seçkilərdə iştirak etmədiz? Yaxşı fürsət verilmişdir ki, həftədə üç dəfə, düz 21 gün ərzində canlı efir vasitəsilə xalqa müraciət edib, Azərbaycanın gələcəyi ilə bağlı fikirlərinizi çatdıra bilərdiz, vətəndaşların sosial problemlərin həllində çıxış yolları bildirərdiz. Niyə iştirak etmədiz? Çünki yaxşı bilirsiz ki, xalq sizi dəstəkləmir. Xalqın dəstəyini almaq üçün evdə oturub virtual “həyatda” yox, real həyatda xalqın içində olub, onun problemlrini eşidib, görüb, həllində köməklik edib dəstəyini almaq olar. Virtual həyat real həyatdan çox fərülidir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM