Ünvanlı sosial yardımla bağlı vətəndaşlara MÜRACİƏT

19:26 16-04-2024 | icon 126 | Cəmiyyət
Ünvanlı sosial yardımla bağlı vətəndaşlara MÜRACİƏT

“Dələduz vasitəçilərdən uzaq olun”

 

“Bir sıra hallarda vətəndaşlara ünvanlı sosial yardım almaqda guya köməklik edəcəkləri vədləri ilə onların vəsaitlərini mənimsəməyə çalışan vasitəçilərin olması faktları ilə qarşılaşırıq”.

 

Versus.Az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun ünvanlı sosial yardımın düzəldilməsi ilə bağlı vətəndaşlara müraciətində deyilir.

 

Bildirilib ki, Fond tərəfindən bu barədə bir neçə dəfə xəbərdarlıq məlumatları paylaşılaraq, vətəndaşlara belə dələduz vasitəçilərdən uzaq olmaq tövsiyə edilib:

 

“Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, ünvanlı yardımın təyinatı elektron sistem üzərindən, hər hansı kənar müdaxilə mümkün olmadan həyata keçirilir. Sosial yardım təyinatı üçün yalnız elektron qaydada müraciət edilir və müraciət etmək üçün də heç bir ödəniş tələb edilmir. Müraciətə e-sistem üzərindən və müxtəlif qurumların informasiya ehtiyatlarına inteqrasiya əsasında baxılır. Yardım təyin olunub-olunmamasına dair qərar e-qaydada qəbul olunur və bununla bağlı olaraq da vətəndaşlara SMS-bildiriş göndərilir”.

 

Qeyd edilib ki, istənilən şəxs ünvanlı yardım, bu yardımın hansı ailələrə təyin edildiyi və s. barədə nazirliyin sosial.gov.az saytında “Fəaliyyət” bölməsindəki “Ünvanlı dövlət sosial yardımı” altbölməsindən (www.sosial.gov.az/fealiyyet/destek-istiqametleri/unvanli-dovlet-sosial-yardimi) ətraflı məlumat əldə edə, habelə həmin altbölmədən ünvanlı yardım üçün müraciət də edə bilər. Eyni zamanda, “142” Çağrı mərkəzinə də müraciət edərək, bu mövzuda ətraflı məlumat almaq olar.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM