“İlham Əliyev seçkilərin demokratik və şəffaf keçirilməsini tələb edəcək”

10:40 14-03-2018 | icon 869 | Siyasət
“İlham Əliyev seçkilərin demokratik və şəffaf keçirilməsini tələb edəcək”

“Passiv boykot yolunu tutanların seçkinin nəticələri haqqında hüquqi fikir bildirmək imkanları olmayacaq”

Bu ilki seçkidə namizədliklərin irəli sürülməsi prosesi daha şəffaf və demokratik oldu, namizədlərin hamısının irəli sürülməsi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alındı və hamıya imzatoplama vərəqələri verildi, imzatoplama kampaniyası səs-küysüz keçdi, namizədlərin qeydə alınması prosesində problem yoxdur”.

Bunu Versus.az-a aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərni boykit etmək yolunu seçən müxalifətlə bağlı açıqlamasında Müstəqil Ekspert Qrupunun rəhbəri, Avropa Təbiət Elmləri Akademiyasının akademiki,    

professor Qüdrət İsaqov bildirib. Akademikin sözlərinə görə, passiv boykot yolu ənənəvi müxalifətin Azərbaycanın siyasi səhnəsindn tamamilə özünü təcrid etməsi ilə nəticələnəcək:

“2013-cü il prezident seçkilərində seçkilərə 2-3 gün qalana qədər Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığının ləğv olunması kimi absurd, əngəlli və cəncəlli işlə məşğul olan və bu barədə Rusiya Prezidenti Vladimir Putinə belə rəsmi məktubla müraciət edən, Putindən imdad uman ənənəvi müxalifət bu il də seçkilərin vaxtından əvvəl keçirilməsini bəhanə edrək seçkilərdə iştirak etməyəcəyini bəyan etməklə passiv baykot yolunu tutdu”.

Qüdrət İsaqov hesab edir ki, passiv boykot yolunu tutan siyasi partiyaların seçki prosesini izləmk, müşahidə aparmaq, təhlil etmək, seçki proseslərinə qarışmaq, seçkinin nəticələri haqqında hüquqi fikir bildirmək imkanları olmayacaq:

“Yəni ənənəvi müxalifət partiyaları özləri özlərini seçki prosesində iştirak etməkdən, prosesi izləməkdən, təhlil etməkdən, prosesdə iştirakdan məhrum etdi. Sadaladığım seçkiöncəsi faktorlar namizədlərin təbliği və bütövlükdə seçki prosesinin də şəffaf və ədalətli aparılmasında mühüm rol oynayacaq. Yəni seçki prosesi özünün təbii axarı ilə şəffaf və ədalətli şəkildə davam edərək başa çatacaq. Belə olan halda məntəqə və dairə seçki komissiyaları seçkinin daha demokratik və daha şəffaf keçirilməsi üçün maksimum səy göstərəcək”.

Akademik qeyd edib ki, çox zaman YAP-ın funksionerləri, yaxud bəzi jurnalistlər öz müsahibə və yazilarında İlham Əliyevi YAP-ın namizədi kimi göstərirlər:

“Yəni obyektiv reallığı təhrif edirlər. İlham Əliyev Azərbaycan xalqının namizədidir. İlham Əliyev Azərbaycan xalqının seçimidir! İlham Əliyevin elektoratı Azərbaycan xalqıdır! Ona görə də inamla demək olar ki, seçki prosesinin ədalətliliyi, demokratikliyi və şəffaflığı uğrunda çalışan ən böyük insan İlham Əliyev olacaq. Seçkilərin ədalətli, demokratik və şəffaf mühitdə keçitilməsini tələb edən də İlham Əliyev olacaq”.

Arzu Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI