İQBAL AĞAZADƏ araşdırır: İşğal olunmuş ərazilərimizdə ermənilərin məskunlaşması bütün qətnamələrə ziddir!

14:50 14-10-2019 | icon 2288 | Araşdırma
İQBAL AĞAZADƏ araşdırır: İşğal olunmuş ərazilərimizdə ermənilərin məskunlaşması bütün qətnamələrə ziddir!

İŞĞAL ALTINDA OLAN İKİ RAYONDA MƏSKUNLAŞMA VƏ HƏRBİ GÜCLƏRİNİN QRAFİKİ

 

Araşdırmalarımıza əsasən qeyd edək ki, Ermənistan höküməti işğal olunmuş Azərbaycan torpaqlarında hərbi bazalar saxlamaqla yanaşı, həm də vətəndaşların məskunlaşmasını həyata keçirən bir siyasət gerçəkləşdirir. Ümid Partiyasının sədri İqbal Ağazadənin bu yöndə araşdırmaları var. Versus.Az öncə onun işğal altında olan iki rayonda məskunlaşmanı və hərbi güclərinin qrafikini təqdim edir:

 

Cəbrayıl rayonunda məskunlaşma yalnız Sirik kəndindədir. Araşdırmamıza görə 16 evdə məskunlaşma var. Güman edirik ki, bu 16 ev yaylaq yeri üçün istifadə olunur. Çünki Sirik kəndi yerləşən ərazi yaylaq yeri kimi əhəmiyyətli mövqeyə malikdir. Ona görə də bu kənddən yaylaq yeri kimi istifadə olunur, evlərdəki təmirlər də məhz bunun üçün həyata keçirilir.

 

Aşağı Mərcanlı kəndində 4 tikili, Alıkeyxalı kəndində 1 administrativ bina, 2 ev təmir olunub. Cəbrayıl rayonunun çıxacağında - üzü Araza mərkəzi Zəngilan avtomobil yoluna doğru, erməni hərbi birləşmələrinin 25 inzibati binada yerləşən korpusu bərqərar olunub. O korpusda kazarmalar, anbarlar, saxlanış yerləri var. O korpusun yerləşdiyi ərazidən 2 km kənarda 52 evdən və 1 məktəbdən ibarət hərbi şəhərcik salınıb.

 

Cəbrayıl rayonun Daşkəsən kəndində isə 15 kazamadan ibarət hərbi hissə yerləşdirib. Bu onların briqadasıdır. Bu briqada daha çox Füzuli istiqamətini - Horadiz istiqamətini müşahidə edir.

 

Şükürbəyli kəndində isə 1 rotaları yerləşir.


Soltanlı kəndində əlavə ehtiyat hərbi kazarmalar inşa olunub. 16 hərbi kazarmaları var. Cəbrayıl rayonunun başqa heç bir kəndində məskunlaşma yoxdur. Demək olar ki, bütün evlər istisnasız halda dağıdılıb, yararsız vəziyyətə düşüb. Böyük əksəriyyətinin yalnız daş-divarları və yaxud da bünövrələri qalıb.

 

Laçın rayonunda isə vəziyyət olduqca mürəkkəbdir. Rayonun kəndlərini nəzərə alsaq, əvvəlcə onu qeyd edək ki, Laçın şəhər və ya kəndləri daxil olmaqla, 1165 ailəyə, təxminən 1200-ə yaxın ailəyə müxtəlif yerlərdən Ermənistandan və xaricdən Laçın şəhərinə və Laçının ətraf kəndlərinə köçürülüb. Laçın şəhərinin özünə 270 ailə köçürülüb. Belə ki, rayonda 2 məktəb binası, 1 xəstəxana, 1 poçt-rabitə binası, 1 inzibati bina, 1 mədəniyyət evi fəaliyyət göstərir.

 

Piçəniz kəndində 26 ev, 1 kafe fəaliyyət göstərir. Seyidlər kəndində 19, Səfiyanda 13, Sonasarıda 25, Şəlvədə 23, Təzəkənddə 17, Turşsuda 20, Vağazində 22, Vəlibəylidə 11, Zabuxda 9 ev , 1 restoran, 1yol polisi məntəqəsi, Malıbəydə 1 ferma, Mollalarda 1 ev, Qızılcada 1 ev, Susda 11 ailə, Bülbüldüzdə 12 ailə, Çormanda 1 ailə, Qaşıqda 5 ailə, Əliquluda 26 ailə, Ərdəşəvidə 53 ailə və 1 məktəb, Fətəlipəyə 4 ev, Xaçınyalı 9 ev, Kürdhacı 7 ev, Köhnəkənd 21 ev, Qarabəyli 4 ev, Qarıqışlaq 22, Bolabağırlıda 7, Qorçu 32, Qarabəyli 5, İmanlar 11, Daşlı 1, Ərikli 11, Qoşasu 19, Bülövlük 1, Pircahan 23 , Seyidlər 18, Ağbulaq 34, Qarakeçdi 12, Alxaslı 24, Mişni 21, Sonasar 19, Hocaz 10, Minkənd 28, Qalaça 7, Mirik (Məlik) 54, Bozlu 64, Mayısda 7, Ağcakənddə 41, Ağcayazıda 3, Ağoğlanda 20, Arduşluda 7, Aşağı Fərəcanda 12 ailə məskunlaşdırılıb.

 

Üst-üstə Laçın rayonu ərazisində 1165–2200-ə yaxın ailə məskunlaşıb ki, bu da Azərbaycan Respublikasını işğal olunmuş torpaqlarında demoqrafik vəziyyəti dəyişmək üçün Ermənistan hökümətinin planlı siyasətinin və ətraf regionlardan o cümlədən də, kürd bölgələrindən köçürülmüş xeyli miqdarda insanlar var.

 

Adını çəkmədiyimiz digər kəndlərdə isə heç bir məskunlaşma yoxdur, demək olar ki,kəndlərin xeyli hissəsində, məsələn, Fingədə, Xanalılarda, Xırmanlarda, Xumartada, Birinci ipək, İkinci tığık, İrçanda, Kahada, Kalafalıqda, Katosda, Kərəvizdə, Kovcabulaqda, Köhnə Çormalıda, Qaracanlıda, Qazıdərədə, Qışlaqda, Qovuşuqda, Qozluda, Quşçuda, Dəhyanda, Əylikdə, Calazurda, Çıraqlıda, Çəmbərəkənddə, Dambulaqda, Bozdağanda, Bozgüneydə, Birinci tiğikdə, İkinci ipəkdə, Bəylikdə, Baldırğanlıda, Babadında, Cağazurda, o cümlədən, Malxələvdə, Məzməzəkdə, Məlikbəydə, Muncuqluda, Mığıdərədə, Dəyhanda, Damlıdərədə, Dəyirmanyanında, Dəmbulaqda, Daşbulaqda, Aşağı Avazlarda, Ayıbasarda və adını çəkmədiyimiz digər kəndlərdə heç bir məskunlaşma yoxdur.

 

Araşdırmalarımız davam edir, yaxın günlərdə Kəlbəcər və Zəngilan və Qubadlının o cümlədən, Kəlbəcərin, Şuşanın, Füzuli və Ağdamın da işğal olunmuş ərazilərdə məskunlaşma və yaxud da hərbi hissədə yerləşməsi ilə bağlı məlumat verəcəyik.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər