HƏKİMLƏRƏ BEYNƏLXALQ TİBBİ NƏŞRLƏRLƏ DAHA DİQQƏTLƏ TANIŞ OLMAQ TÖVSİYƏ EDİLDİ

00:26 10-12-2019 | icon 156 | Sağlamlıq
HƏKİMLƏRƏ BEYNƏLXALQ TİBBİ NƏŞRLƏRLƏ DAHA DİQQƏTLƏ TANIŞ OLMAQ TÖVSİYƏ EDİLDİ

DÜNYADA İLK UNİKAL ƏMƏLİYYAT BARƏDƏ ƏSASSIZ FİKİR SƏSLƏNDİRƏN HƏKİMLƏRƏ BEYNƏLXALQ TİBBİ NƏŞRLƏRLƏ DAHA DİQQƏTLƏ TANIŞ OLMAQ TÖVSİYƏ EDİLDİ  

 

Rəşad Mahmudov: “5 yaşlı uşaqda aorto-koronar şuntlama əməliyyatı döyünən ürək üzərində icra olunub, qaraciyər isə meyitdən deyil, canlıdan köçürülüb və beləliklə, eyni anda gerçəkləşdirilən bu əməliyyat dünyada bir ilkdir”

 

Mərkəzi Gömrük Hospitalında bu il noyabrın 13-də icra olunan bir unikal əməliyyat ölkəmizdəki tibbin sərhədsiz imkanlarını və Azərbaycan həkimlərinin ən yüksək peşəkarlıq səviyyəsini nümayiş etdirib. Belə ki, dünyada ilk dəfə olaraq, cərrahlar briqadası doktorlar Rəşad Mahmudov və Mircəlal Kazıminin rəhbərliyi ilə aorto-koronar şuntlama və donor qaraciyər transplantasiyası kimi olduqca mürəkkəb bir əməliyyat uğurla gerçəkləşdirib. Donoru öz əmisi olan 5 yaşlı pasiyent qənaətbəxş vəziyyətdə xəstəxanadan evə yazılıb və öz ailəsinə qovuşub. 

Dünya tibb tarixində ilk dəfə olaraq həyata keçirilən bu unikal əməliyyata həsr olunan mətbuat konfransında Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov və həmin Hospitalın Cərrahiyyə və Transplantologiya şöbəsinin rəisi, cərrah-transplantoloq Mircəlal Kazımi KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandırıblar. Bildirilib ki, Türkiyənin Hacettepe Universitet Xəstəxanasında Uşaq Xəstəlikləri və Metabolizm şöbəsinin mütəxəssisləri tərəfindən beş yaşlı bir xəstədə aşkarlanmış anadangəlmə hiperlipidemiya xəstəliyi Mərkəzi Gömrük Hospitalında aparılan tibbi müayinələr zamanı da təsdiqlənib.
Mərkəzi Gömrük Hospitalında xəstənin ailəsinə yeganə müalicə metodu olaraq, pozulmuş metabolizmi normallaşdıracaq bir qaraciyər nəqli əməliyyatı təklif edilib, kiçik xəstənin donoru isə öz əmisi olub.

Beləliklə, 5 yaşlı pasiyentə təcili olaraq başqa bir kompleks əməliyyata ehtiyac duyulub: döyünən ürək üzərində aorto-koronar şuntlama (AKŞ). Güclü müasir texniki bazaya və yüksək ixtisaslı mütəxəssislərdən ibarət kollektivə sahib olan hospitalda bir əməliyyat zamanı ardıcıl olaraq döyünən ürək üzərində aorto-koronar şuntlama və qaraciyər transplantasiyasını həyata keçirmək qərarı verilib.

Qeyd olunub ki, dünya tibbi ədəbiyyatlarında uşaqlar üzərində aparılan bu əməliyyat haqqında heç bir məlumat mövcud deyil. Amma təəsüf ki, Azərbaycan səhiyyəsində əldə edilən bu qururverici nailiyyəti, ümidini itirən insanların xaricə getmədən öz vətənində sağlamlığına qovuşmasını, şəfa tapanla yanaşı, doğmalarının da sonsuz sevincini qısqanclıqla qarşılayan bəzi xəstəxana və klinikanın doktorları sosial şəbəkələrdə guya bu əməliyyatın dünyada bir ilk olmadığını iddia edir, yanlış ictimai fikir formalaşdırmağa uğursuz cəhd göstərirlər. Öz yanlış iddialarını isbatlamaq üçün dünya tibb nəşrlərindən gətirdikləri nümunələrin isə heç bir əsası yoxdur. Ürək-damar cərrahı, tibb elmləri doktoru Rəşad Mahmudov məsələyə aydınlıq gətirərək bildirib ki, hələ bir ay bundan öncə cərrahi briqadamızın mütəxəssisləri əməliyyat zamanı çıxışlarında belə bir əməliyyatın dünya təcrübəsində də nadir ola biləcəyini qeyd ediblər. (videoçarxdakı 32-ci saniyədən etibarən) Əməliyyata daxil olarkən cərrahımız qeyd edib: “Məncə, bu əməliyyat, həm ölkəmiz, həm də dünya üçün çox nadir rastlana biləcək böyük əməliyyatlardan biridir”.


“Buna baxmayaraq, əməliyyatdan sonrakı dövrdə geniş araşdırmalar aparsaq da, dünya ədəbiyyatlarında “ailəvi hiperlipidemik uşaq xəstə olmasi ilə yanaşı uşaq yaşda döyünən ürəkdə aorta koronar şuntlama əməliyyati (beating heart aorto coronar bypass in pediatric case) və canlıdan canlıya qaraciyər transplantasiyası əməliyyatı”nın da müştərək icra olunduğu hər hansı bir elmi nəşr tapılmayıb.


Nümunə kimi göstərilən məqalə barədə məlumatlıyıq və bu qəbildən olan bir çox məqaləni zəruriyyət yarandığı halda geniş ictimaiyyətə açıqlaya bilərik. Nümunə gətirilən məqalədə göstərilmiş hiperlipidemiyası olan 6 yaş 9 aylıq uşaqda aparılan əməliyyatın xüsusiyyətləri bizim xəstədən bir çox yöndən fərqlidir. Belə ki, bu xəstədə eyni meyit donorundan eyni zamanda kombinə olunmuş ürək və qaraciyər transplantasiyası əməliyyatı olunub və hətta, dünyada bu tipli 44-dən çox əməliyyat icra edilib, ən çox da Yaponiyada. Bizim xəstə isə, birincisi, canlıdan canlıya qaraciyər tranplantasiyası, ikincisi isə uşağın öz ürəyinin, qorunduğu döyünən ürəkdə aorta koronar şuntlama əməliyyatı ilə fərqlənir. Yəni bizim əməliyyatda meyit donordan deyil, canli donordan istifadə olunub və uşağin ürəyi transplantasiya olunmadan öz ürəyinin qoruyucu əməliyyat edilməsi ilə fərqlənir”.


R.Mahmudov qeyd edib ki, ikinci məqalədə göstərilmiş klinik hal isə onların pasiyentindən ilk növbədə böyük yaşlı olması və ikincisi, dayanmış ürəkdə (on pump) koronar şuntlama əməliyyatı icra olunması ilə fərqlənir. “Biz inanırıq ki, nailiyyətlərimizə kölgə salmağa cəhd göstərən doktorlar məqalələrin material və metod, eləcə də əməliyyat texnikası hissəsini diqqətlə nəzərdən keçirsələr, bir çox xüsusiyyətləri ilə seçilən fərqli nüanslar olduğunu aydın görə bilərlər. Əlbəttə ki, əgər görmək istəsələr”-deyə, doktor vurğulayıb.

Mərkəzi Gömrük Hospitalının
Mətbuat Xidməti də dünyada ilk dəfə olaraq Azərbaycanda uğurla icra edilən unikal əməliyyat barədə məqsədyönlü şəkildə yanlış fikir formalaşdıranlara səslənərək, belə rəylərin qeyri-peşəkar yanaşma kimi qəbul edldiyini və dünyanın bir çox dəyərli ekpspertləri tərəfindən təbrik edilən ölkəmizin peşəkar və təcrübəli həkimlərinin bu uğuruna sevinmək üçün özlərində güc tapmalarını arzu edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

“Qarabağın işğaldan azad edilməsi üçün son nəfəsimizə qədər döyüşməyə hazırıq” - BƏYANAT

Prezidentdən mühüm FƏRMAN

“Rusiya əvvəlcə Ermənistanı “başa salmalıdır”

“Azərbaycan Bayrağı” ordenli şəhid Cəbrayıl Cəbrayılovun şəhadət günüdür

Prezident Administrasiyasını heçə sayan “Konstra” MKT-nın QURBANLARI

Qüdrət Həsənquliyevi qınayanlar da, haqq qazandıranlar oldu

MMP təşkilat sədri müharibə başlayarsa, döyüşə gedəcəyini deyir

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Kəlbəcəri Ermənistana birləşdirəcək yolun tikintisi başlanıb - FOTO

Bu gün İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək

MMP sədri döyüş bölgəsində olub

Ermənistan silahlı qüvvələri atəşkəsi 49 dəfə pozub

Ümrə ziyarətləri mərhələli şəkildə BAŞLAYIR