Partiya sədri YAP-ın namizədlər siyahısını gözləyənləri qınadı

17:35 28-12-2019 | icon 588 | Siyasət
Partiya sədri YAP-ın namizədlər siyahısını gözləyənləri qınadı

"Yeni Azərbaycan Partiyasının növbədənkənar Parlament seçkilərinə namizədlərin siyahısını nisbətən gec açıqlaması zənnimcə, adi seçki texnologiyasıdır. Odur ki, birilərinin bunu müzakirə predmetinə çevirməsi və namizədlərin kimliyi ətrafında süni ajiotaj yaratması absurd təsiri bağışlayır".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.

 

"Namizədliyini irəli sürənlər və ya sürmək istəyənlər niyə bu qədər həyəcanlanır, narahat olurlar"-deyən partiya sədrinin fikrincə, əgər bu siyasilər özlərini həqiqətən də güclü rəqib hesab edir və seçicidən səs alacaqlarına da gerçəkdən inanırlarsa, o zaman onlar üçün fərqi nədir ola bilər ki, namizədliklərini irəli sürdükləri dairədə YAP-dan alternativləri kimdir:

 

"Siz YAP-ın siyahısında yer alan şəxsləri gündəmə gətirməkdənsə, qolunuzu çirmələyib kampaniyanızı aparın, idddia və imkanlarınızı ortaya qoyun, elektoratın dəstəyini qazanın. YAP-ın siyahısını müzakirə etmək öz gücünə şübhə ilə yanaşanların və yaxud, gücsüzlüyünü etiraf etməyi bacarmayanların işidir. Seçki kampaniyasını doğru-düzgün, peşəkar şəkildə qurmağı bacaran namizədlər isə YAP-ın siyahını gec açıqlamasına da, o siyahıda yer alanlara da tamamilə normal yanaşırlar. Kimlər ki, bu siyahı məsələsinə bu qədər taxılıb qalır, onlara öz bacarıqsızlığını, rəqabətə davamsızlıqlarını ört-basdır etmək üçün sadəcə bəhanə lazımdır".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Polisdən Abşeronda ƏMƏLİYYAT

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

“Google”dən rəsmi proqramlarla bağlı YENİLİK

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?

Sahibkarların NƏZƏRİNƏ

Beyləqanda dörd narkotacir ələ keçdi

Estoniya parlamentində QALMAQAL

Ukraynada vəziyyət...

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar

Yeni ixtisaslarla bağlı MEYARLAR