“Zəiflik, tənginəfəslik, sinədə ağrı…”

09:26 25-02-2020 | icon 2254 | Sağlamlıq
“Zəiflik, tənginəfəslik, sinədə ağrı…”

Nərminə Abbasova: “Bəzən həyati təhlükə yarada biləcək aritmiyalar tam əlamətsiz keçir”

 

Ürək aritmiyaları o zaman əmələ gəlir ki, ürəyinizin vurğularını idarə edən impulsların işi pozulur. Bu zaman ürək ya çox tez, ya çox gec, ya da nizamsız vurur. Adətən insanlar aritmiyaları ürək dayanması, ürək əsməsi, ürək döyünməsi kimi hiss edirlər.

 

 

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt NƏRMİNƏ ABBASOVA Versus.Az-a açıqlamasında bildirdi ki, bəzi aritmiyalar həyat qorxusu simptomları yaradır.

 

Onun sözlərinə görə, tibb texnologiyasında olan inkişaf aritmiyaları üçün yeni bir müalicə metodu əlavə etdi ki, bu da aritmiyaları idarə etməyə imkan verir:


“Aritmiyalar simptomsuz keçə bilir. Həkimlər adətən onu sizdən əvvəl müəyyən müayinələr zamanı təyin edirlər. Rast gələ bilən simptomlar sinədə əsmə, artan ürək vurğuları, azalan ürək vurğuları, sinədə ağrı, tənginəfəslik, başgicəllənmə və ürəkkeçmədir. Göstərilən əlamətlər heç də ciddi problemin olduğuna dəlalət etmir. Bəzən isə həyati təhlükə yarada biləcək aritmiyalar tam əlamətsiz keçir”.


Həkim-terapevt vurğuladı ki, ürəyimiz döyünərkən impulslar ürək əzələsinə təsir edərək onun yığılmasına səbəb olur. Bu impulslarda olan istənilən kənaraçıxmalar aritmiyalara səbəb olur:

 

“Aritmiyaların səbəblərindən danışmazdan əvvəl normal ürəkdöyünməsi zamanı nə prosesin getdiyinə nəzər salaq. İnsan ürəyi 4 kameradan ibarətdir: 2 qulaqcıq və 2 mədəcik. Eyni zamanda sağ və sol olmaqla da ürək 2 hissəyə bölünür. Sağ və sol hissələrin hər birində 1 mədəcik və 1 qulaqcıq yerləşir. Ürəkdöyünməsi zamanı qulaqcıq yığılaraq qanı mədəciyə qovur. Bu proses sinus düyünündən impulslar göndərilərkən başlanır. Nəticədə sağ və sol qulaqcıqlar yığılır. Sonra impuls atrioventrikulyar düyünə keçərək mədəciklərin yığılmasına və qanın bədənə qovulmasına səbəb olur. Normal ürəkdə bu proses dəqiqədə 60-100 dəfə təkrar olunur”.

Nərminə xanım bildirdi ki, ürəkdə olan bəzi struktur fərqlilikləri də aritmiyalara səbəb ola bilər:


“Ürəyin qidalanması pozulmuşsa bu da aritmiyalara səbəb ola bilər. Belə ki, bu zaman elektrik impulsları yaradan hüceyrələrin də qidalanması pozulur. Ürək toxuması zədələnərkən və ya ölərkən impulsların ötürülmə yolları da zədələnmiş olur. Bu vəziyyətlərə Koronar arteriya xəstəliyi daxildir. Bu güclü aritmiyalara səbəb ola bilər ki, tez-tez mədəcik aritmiyaları, hətta qəfil ürək ölümlərini yarada bilər. Arteriyaların daralması ürəyin bir hissəsinin qidalanmasının pozulmasına və ölməsinə gətirib çıxarır.


Kardiomiopatiyalara gəlincə, bu, ürək mədəciklərinin divarı genişlənən, qalınlaşan zaman əmələ gəlir. Kardiomiopatiya ürəyin qan qovma funksiyasını zəiflədir”.

 


Nərminə xanım qeyd etdi ki, müəyyən faktorlar aritmiyaların riskini artırır. Yaşla əlaqədar olaraq ürək əzələniz zəifləyir. Bu da elektrik impulslarının keçiriciliyinə təsir edə bilər.

Bəs nə zaman həkimə müraciət etməli? Nərminə xanım vurğuladı ki, bütün hallarda həkimə müraciət etmək məsləhətdir:

 

“Aritmiyalar ürək döyünməsi və ya ritminin zəifləməsi şəklində hiss oluna bilər. Digər simptomlar sizin ürək fəaliyyətinizdən asılıdır. Yəni zəiflik, tənginəfəslik, sinədə ağrı və sair. Əgər sizdə bu növ simptomlar varsa, həkimə təcili müraciət edin və ya təcili tibbi yardım çağırın. Ürək aritmiyalarının diaqnozu üçün həkim sizdən bəzi yanaşı xəstəliklərinizin olub-olmamasını soruşa bilər. Məsələn, qalxanabənzər vəzin xəstəlikləri kimi”.

 

 

DİQQƏT!

Əgər aritmiya haqqında daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin Baş həkiminə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

ÜMİD ADAM...

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Cəsarət Valehova vəzifə verildi

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Əzizə Cəfərzadənin Turanı - 63

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

Azad edilmiş ərazilərdə daha 79 mina AŞKARLANDI

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI