"Gürcüstan inqilaba hamilə deyil"

11:53 08-05-2024 | icon 1294 | Geopolitika
"Gürcüstan inqilaba hamilə deyil"

 

Fuad Əliyev: "Hakimiyyətin reytinqi aşağı düşsə də, müxalifətin də lider problemi qalır"

 

"Gürcüstan inqilaba hamilə deyil. Baş verənlər qanun layihəsinə etirazdır və hadisələr hakimiyyət dəyişikliyinə səbəb olmayacaq".

 

Versus.Az xəbər verir ki, bunu Gürcüstanın “QHT-lərin inqilabı” böhranı ilə üzləşməsi ilə bağlı açıqlamasında sisiyasi şərhçi Fuad Əliyev bildirib.

 

F.Əliyev istisna etmir ki, payızda keçiriləcək seçkilərdə hakim “Gürcü arzusu” Partiyası ciddi səs itirə bilər:

 

"Gürcüstanda müxalifətin xarizmatik və qətiyyətli siyasi lideri yoxdur. Ona görə etirazlar baş tutsa da, ortaya prosesi irəli aparan lider çıxmır. Hazırda oradakı qüvvələrə Saakaşvili kimi bir populyar rəhbər lazımdır. Amma "Mişa" özü də əvvəlki nüfuzunu saxlaya bilməyib. Düzdür, azadlığa buraxılsa, narazı elektoratı ətrafına toplaya bilər, lakin indiki şəraitdə yeni lider yetişməlidir. O baxımdan hakimiyyətin reytinqi aşağı düşsə də, müxalifətin də lider problemi qalır. Bu vəziyyətdə yalnız hazırkı prezident Salome Zurabişvili dövlət başçısı postundan istefa verib müxalifətə qoşulmaqla etirazçıların liderinə çevrilə bilər".

 

Fuad Əliyev Azərbaycanda belə bir qanun layihəsinə lüzum görmür, bununla belə, istisna etmir ki, müzakirələr başlana bilər. Onun sözlərinə görə, hazırda xarici agentlərlə bağlı Azərbaycan xüsusi xidmət orqanları ən yüksək səviyyədə iş apara bilir.

 

AYSEL
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Bu gün daha dörd oyun keçiriləcək

MM-in komitə sədrindən DƏSTƏK

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

Türkiyə Cümhuriyyəti - 101

"WhatsApp"da YENİ FUNKSİYA

“Qızıl top” mükafatının QALİBİ

Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ

"Kartdan-karta" əməliyyatına görə 6 min manat CƏRİMƏ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Dövlət qurumlarımız Türkiyəni təbrik etdilər