Polad Bülbüloğlu Rusiyanın Baş prokuroruna müraciət edib

19:03 04-03-2020 | icon 505 | Geopolitika
Polad Bülbüloğlu Rusiyanın Baş prokuroruna müraciət edib

Polad Bülbüloğlu: "Bu cür məqalələr Azərbaycan və Rusiya xalqları arasında düşmənçilik və nifrət səpmək məqsədi daşıyır"

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanın Baş prokuroru İqor Krasnova müraciət edib.

 

Versus.Az Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, səfir "Tsarqrad TV" informasiya-analitik telekanalının saytında bu ilin fevralın 26-da nəşr olunan, Vladimir Xomyakovun müəllifi olduğu "Ruslar, getməyin, bizə qullar və fahişələr lazımdır" adlı məqalədə 1990-cı ilin 20 yanvar hadisələrinin açıq təhrif olunması ilə bağlı Rusiyanın baş prokuroru və Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya Federal Xidmətinin (Roskomnadzor) rəhbəri Aleksandr Jarova müraciət ünvanlayıb. 

 

Müraciətdə Azərbaycan tərəfinin qəti etirazı ifadə edilib və dövlətimizin bu məsələ ilə bağlı mövqeyi çatdırılıb. “Qanlı Yanvar” hadisələri ilə bağlı məsələnin Azərbaycan xalqı üçün çox həssas olduğu və bu faciəvi hadisələrə Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 1994-cü il tarixli qərarı ilə siyasi və hüquqi qiymət verildiyi, 20 Yanvarın "Ümumxalq hüzn günü" elan olunduğu bildirilib. 

 

Müraciətdə yüksək səviyyəli dövlət səfərləri zamanı xarici qonaqların, o cümlədən Rusiya Federasiyasının Prezidenti, xarici işlər naziri, eləcə də digər Rusiya rəsmilərinin "Şəhidlər Xiyabanı" memorial kompleksini ziyarət etdikləri və abidə önünə əklil qoyaraq şəhidlərin xatirəsini ehtiramla yad etdikləri vurğulanıb. Qeyd olunub ki, bu cür məqalələr Azərbaycan və Rusiya xalqları arasında düşmənçilik və nifrət səpmək məqsədi daşıyır.

 

Yuxarıda göstərilənləri nəzərə alaraq, səfir Rusiya Cinayət Məcəlləsinin 282-ci maddəsinin və 27 iyul 2006-cı il tarixli "İnformasiya, informasiya texnologiyaları və məlumatların qorunması haqqında" Federal Qanunun 10.6-cı maddəsinin tələblərinin pozulduğuna görə müvafiq yoxlamanın aparılmasını xahiş edib",deyə səfirliyin məlumatında qeyd olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Polisdən Abşeronda ƏMƏLİYYAT

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

“Google”dən rəsmi proqramlarla bağlı YENİLİK

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?

Sahibkarların NƏZƏRİNƏ

Beyləqanda dörd narkotacir ələ keçdi

Estoniya parlamentində QALMAQAL

Ukraynada vəziyyət...

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar

Yeni ixtisaslarla bağlı MEYARLAR