Yoluxduğunuzdan şübhələnirsinizsə, həkimi evə çağırın

14:27 31-03-2020 | icon 1109 | Sağlamlıq
Yoluxduğunuzdan şübhələnirsinizsə, həkimi evə çağırın

Nərminə Abbasova: “Çaxnaşmaya ehtiyac yoxdur, fürsətdən istifadə edib şəxsi gigiyena haqqında düşünmək daha yaxşıdır”

 

Dünyada koronavirusun yayılması ilə bağlı məlumatlar xəbər bülletenlərinin başına çatdı, bütün ölkələrin səlahiyyətliləri karantin altındadır və bəzi yerlərdə bütün bunlar insanları çox rasional olmağa məcbur edir. Daha çox qorxmamaq üçün isə ən yaxşı məsləhətləri təbii ki, həkimdən almaq olar.

 

Beləliklə, Versus.Az-ın həmsöhbəti Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt NƏRMİNƏ ABBASOVAdır.

 

Nərminə xanım bildirdi ki, həqiqətən də yeni təhlükəli infeksiyaya məhəl qoymamaq mümkün deyil:

 

 

“Bütün ölkələrin səlahiyyətliləri, o cümlədən Azərbaycan Prezidenti tez-tez sərt tədbirlər tətbiq etməkdə tamamilə haqlıdırlar. Ancaq çaxnaşmaya ehtiyac yoxdur. Fürsətdən istifadə edib şəxsi gigiyena haqqında düşünmək daha yaxşıdır. Operativ Qərargahın profilaktik tədbirlərə uşaqdan qocaya hər kəs riayət etməlidir”.

 

Həkim deyir ki, aparılan tibbi müşahidələrə görə, əgər bir adam sizdən iki metrdən az məsafədə sizin istiqamətinizdə asqırırsa, yaxın bir ünsiyyətə malik hava damlaları tərəfindən yeni bir virus götürülə bilər.

 

 

 

Nərminə xanım vurğuladı ki, bundan əlavə, koronavirus bərk bir səthdən (qapı sapı və ya metrodakı eskalator tutacaqları) götürülə bilər:

 

“Buna görə də tez-tez və hərtərəfli, ən azı 20 saniyə ərzində əlləri yumağı, antiseptik istifadə etməyi və əllərlə üzünə toxunmamağı tövsiyə edirik. Sonuncu, yəni əllərlə üzə toxunmamaq əslində demək olar ki, mümkünsüzdür. Çünki insanların çoxu qeyri-ixtiyari olaraq əlləri ilə üzlərinə toxunur. Buna görə də əlləri daha tez-tez yumaq lazım və mütləqdir”.

 

Bu gün insanları daha çox maraqlandıran koronavirusa yoluxmağın əlamətlərinin necə olmasıdır. Sual edilir ki, - virusa yoluxduğunu əvvəlcədən necə bilmək olar?

 

N.Abbasova bildirdi ki, bu sualın yeganə cavabı laboratoriya müayinəsidir:

 

 

 

“Əksər hallarda xəstəlik quru öskürək və qızdırma ilə başlayır, axan burun yalnız 5%-də görünür. Məsləhətdir ki, Covid-19-dan şübhələnənlər özləri həkimə getməsinlər, həkimi evə çağırsınlar”.

 

Həkim-terapevt məsləhət gördü ki, koronavirusdan qorunmaq üçün hökumətin EVDƏQAL çağırışına göstərilən qaydada riayət edilməlidir.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

ÜMİD ADAM...

Cəsarət Valehova vəzifə verildi

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

Əzizə Cəfərzadənin Turanı - 63

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Azad edilmiş ərazilərdə daha 79 mina AŞKARLANDI

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI