Rusiya müxalifəti polisi lüstrasiya etməyə hazırlaşır

13:17 15-06-2020 | icon 811 | Geopolitika
Rusiya müxalifəti polisi lüstrasiya etməyə hazırlaşır

Xəqani Cəfərov: "Rusiya müxalifəti çox ciddi surətdə postPutin dövrünə hazırlaşır"

 

"Rusiya müxalifəti çox ciddi surətdə postPutin dövrünə hazırlaşır. Artıq müxalifət hakimiyyətə gəldikdən sonra atacağı addımlarla bağlı cəmiyyəti məlumatlandırmağa başlayıb".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Xəqani Səfərov bildirib.

 

Müxalifətin lideri Aleksey Navalnının prezident olacağı tərzdə baş nazir olcağı iddia edilən Paris Siyasi Elmlər İnstitutunun (Sciences Po) ömürlük professoru Sergey Quriyev “Dojd” televiziyasının “Hələki axşam deyil” proqramında çıxışı zamanı hakimiyyətə gələcəkləri tərzdə görəcəkləri işlərlə bağlı fikirlərini açıqladığını vurğulayan politoloq bildirib ki, Qərbdə Rusiyanın ən nüfuzlu iqtisadçısı kimi qəbul edilən Sergey Quriyevin açıqlamalarında ən çox diqqət çəkən məqam müxalifətin hakimiyyətə gələcəyi tərzdə polis orqanını tam tərkibdə lüstrasiya edəcəklərini açıqlaması oldu:

"Sergey Quriyev hesab edir ki, polis avtoritar rejimin cəza aparatı rolunu oynadığı, insanlıq əleyhinə cinayətlərdə yer aldığına görə tam tərkibdə lüstrasiyaya məruz qalmalıdır. Onu da qeyd etmək istərdim ki, Sergey Quriyevdən öncə müxalifət lideri Aleksey Navalnı, onun komandasının ayrı-ayrı üzvüləri güc strukturlarının, xüsusilə ədliyyə orqanlarının lüstrasiya ediləcəyi ilə bağlı açıqlamalarla çıxış ediblər. Ancaq polis sisteminin tam tərkibində lüstrasiya olunacağı, bunu zəruri edən səbəblər haqqında ilk dəfə Sergey Quriyev danışdı. Sergey Quriyevi dinlərkən Azərbaycan polisinin iyunun 7-də Yasamal rayonunda törətdiyi əməlləri xatırladım və lüstrasiyanın alternativinin olmadığına bir daha əmin oldum".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Polisdən Abşeronda ƏMƏLİYYAT

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

“Google”dən rəsmi proqramlarla bağlı YENİLİK

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?

Sahibkarların NƏZƏRİNƏ

Beyləqanda dörd narkotacir ələ keçdi

Estoniya parlamentində QALMAQAL

Ukraynada vəziyyət...

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar

Yeni ixtisaslarla bağlı MEYARLAR